İş adamını həbs etdirən şəxs general Elçin Quliyevin əmisi oğlu yox, bibisi nəvəsidir - Vəkil İş adamını həbs etdirən şəxs general Elçin Quliyevin əmisi oğlu yox, bibisi nəvəsidir -  Vəkil

İş adamını həbs etdirən şəxs general Elçin Quliyevin əmisi oğlu yox, bibisi nəvəsidir -  Vəkil
Загрузка...
Bir neçə gün əvvəl iş adamı Aydın Əhmədovun atası tərəfindən oğlunun həbsində Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin adının hallandırıldığı yazı dərc olunub. Yazıda iş adamının atası Şirməmməd Əhmədov iddia edirdi ki, oğlu E.Quliyevin əmisi oğlu Ramin Quliyevin şikayəti əsasında tutulub. O, eyni zamanda həbsin sifarişli olması, oğlunun dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edildiyi pulların E.Quliyevə məxsus olduğu da qeyd edilirdi. 

Muxtar Mustafayev 
Vəkillər Kollegiyası "Ədalət" Vəkil Bürosunun vəkili, R.Quliyevin vəkili və nümayəndə Muxtar Mustafayev Criminal.az saytına məqalə ilə bağlı rəsmi açıqlama göndərib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:
"Criminal.az" internet portalında "Bildirdi ki, pullar DSX-nin rəisi Elçin Quliyevə məxsusdur. Əgər pul sahibinə verilməsə..." GENERALIN ADI HƏBS SİFARİŞİNDƏ HALLANDI” başlıqlı məqalə dərc edilib. Məqalədə Quliyev Ramil Bilal oğlunun şikayəti əsasında Əhmədov Aydın Şirməmməd oğlunun Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı heç bir sübut, əsas olmadan guya, iş adamı Quliyev Ramil Bilal oğluna məxsus pul vəsaitlərinin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə aid olması, guya, Əhmədov Aydın Şirməmməd oğlunun da onun sifarişi ilə həbs edilməsi bildirilir. Məqalədə Əhmədov Aydın Şirməmməd oğlunun müdafiəçisi "Aydın Əhmədovun dediyinə görə” kimi ifadəsi ilə müşayiət olunan bəyanatlar verməklə, həmçinin bu bəyanatlarda Elçin Quliyevin adını hallandırmaqla və Quliyev Ramil Bilal oğlunu onun "yaxın qohumu”, "əmisi oğlu” kimi təqdim etməklə, bu yolla əslində o özü istintaqa təzyiq etmək məqsədi güdür. 

Aydın Əhmədov 
Nəzərinizə çatdırırıq ki, Əhmədov Aydın Şirməmməd oğlunun təqsirləndirildiyi cinayət əməlinin yalnız Quliyev Ramil Bilal oğluna münasibətdə deyil, həm də digər şəxslərə münasibətdə törədilməsinə dair ittiham irəli sürülüb. Həmin iş üzrə istintaq sirri hesab edilə bilən məlumatları hazırda açıqlaya bilmərik. Lakin nəzərinizə çatdırırıq ki, dərc olunmuş məqalədə nümayəndəsi və vəkili olduğum Quliyev Ramil Bilal oğlu və onun "yaxın qohumu” kimi təqdim edilən cənab Elçin Quliyev və başqa şəxslər, qanuna görə cinayət hesab edilən əməllərdə ittiham edilirlər və bu məlumatlar oxucuya təsdiq olunmuş fakt kimi təqdim edilir. Halbuki, nümayəndəsi və vəkili olduğum Ramil Quliyev Elçin Quliyevin bibisi nəvəsidir. 

Ramin Quliyev 
Cinayət Prosessual Məcəlləsinə görə (maddə 7.0.32) yaxın qohumlar- babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir. Əmək Məcəlləsinə görə isə "yaxın qohum” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülür. (maddə 296-nın "Qeyd hissəsi”)
Göründüyü kimi, nümayəndəsi və vəkili olduğum Ramil Quliyev Elçin Quliyevin yaxın qohumu deyildir, bundan əlavə, onun hər hansı bir vəzifəli şəxsin qohumu olması, biznes fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmək hüququnu məhdudlaşdıran amil kimi ola bilməz. Ramil Quliyev sahibkarlıqla məşğul olmaqla özünə aid pul vəsaitlərini Əhmədov Aydın Şirməmməd oğluna verib, sonuncu tərəfindən pul vəsaitləri mənimsənildiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan əlavə, Quliyev Ramil Bilal oğlunun icazəsi olmadan onun fotoşəkli də məqalədə yerləşdirilib. 

"Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanununun 2.1.1 cimaddəsinə əsasən, fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır. Həmin Qanunun 5.6-ci maddəsinə əsasən, telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədi ilə ümumi istifadəli informasiya sistemlərinə subyektin yazılı razılığı əsasında onun təqdim etdiyi məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) daxil edilə bilər.
Dərc edilmiş məqalədəki məlumatlar həqiqətə uyğun olmayan məlumatlar olduğundan, "Kütləvi informasiya vasitələri haqqında" Qanunun 44-cü maddəsində təsbit edilmiş hüququmuza istinad edərək, hazırkı yazını cavab kimi dərc etməyinizi və yuxarıda adı çəkilən məqalədən Quliyev Ramil Bilal oğlunun fotoşəklinin çıxarılmasını xahiş edirik. 
Xatırladaq ki, M.Mustafayev bir müddət əvvəl baş nazirin müavini Əli Həsənovun ölümlə nəticələnən avtomobil qəzasına görə məhkum edilmiş nəvəsi Nail Allahverdiyevin də hüquqlarını müdafiə edib. N.Allahverdiyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kürəkənidir.  




Загрузка...
Загрузка...

Xəbər lenti