İş adamı Allahverdiyevin 15 milyonluq cinayəti: saxta sənəd, sərhəddi qanunsuz keçmək cəhdi...

İş adamı Allahverdiyevin 15 milyonluq cinayəti: saxta sənəd, sərhəddi qanunsuz keçmək cəhdi...
Загрузка...

15 milyonluq mənimsəmədə ittiham edilən iş adamının məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və sənəd saxtalaşdırmaqda təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Rauf Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. R.Allahverdiyev adını dəyişərək Rail Yusifov olub.

İttihama görə, o, şirkətinin inkişafı üçün maliyyə əldə etmək məqsədi ilə Rusiya vətəndaşı Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayıblar. O, həmin sənədlərlə "Azərbaycan Beynəlxalq Bank"ının "Moskva" filialından hissə-hissə olmaqla ümumilikdə 15 milyon manat kredit götürüb. Götürülən pullar R. Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb. İş adamı əldə edilən məbləği banka ödəməyib.

İttihamda o da yazılır ki, Allajverdiyev Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə istintaqdan gizlənmək məqsədilə Azərbaycana qaçmaq istəyib. Bu məqsədlə Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Qayıdış Şəhadətnaməsini saxtalaşdıraraq qanunsuz olaraq sərhəddi keçmək istəyib. Lakin o, Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti məntəqəsində saxlanılıb.

Məhkəmədə elan olunmuş ittihamla R.Allahverdiyev özünü qismən təqsirli bilib. Prosesin davamında Rauf Allahverdiyevin vəkili işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi yanvarın 21-də davam etdiriləcək.

Загрузка...
Загрузка...

Xəbər lenti