İrland futbolçular Bakıda polis təzyiqi ilə üzləşiblər: "Ətrafımızda 8-9 polis peyda oldu"

İrland futbolçular Bakıda polis təzyiqi ilə üzləşiblər:
Загрузка...
 ''Tutulmamağımız əla oldu''
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Bakıda "Qarabağ”la qarşılaşacaq İrlandiyanın "Dandalk” klubunun iki futbolçusu Dənizkənarı Milli Parkda polis müdaxiləsinə məruz qalıb. Bu barədə "İrishmirror” saytı məlumat yayıb.
Bildirilir ki, İrlandiya təmsilçisinin iki futbolçusu - Sin Qannon və Ceymi Makqret Dənizkənarı Parkda olarkən, polis müdaxiləsi ilə qarşılaşıblar. Futbolçular komandanın yerləşdiyi otelin qarşısında şəkil çəkdirərkən və İrlandiyadan olan jurnalistlərə müsahibə verərkən, bir neçə polis onlara yaxınlaşaraq, çəkilişə müdaxilə edib.

 
Ceymi Makqret 
Məsələylə bağlı danışan Qannon, bunları deyib: "Şəhərdə gəzərkən, bu oğlanlar (polislər) gəldilər. Həmin vaxt irlandiyalı jurnalistlərlə birlikdə idim və ətrafıma baxdım. Kiçik miniatür polis maşını Ceymiyə doğru gedirdi. Ceymi kifayət qədər sakit adamdır, amma onun azarbaycancasının yaxşı olduğunu düşünmürəm. Deyəsən, bizi polis bölməsinə aparırdılar. Onlar sadəcə, icazəmizin olmadığını dedilər və beş dəqiqə ərzində ətrafımızda 8-9 polis peyda oldu. Nə baş verdiyini bilmirdim. Polislər deyirdilər ki, biz burda şəkil çəkə bilmərik və bunu üçün icazə almalıyıq. Onlar hamısı telefonla zəng etdilər və biz ordan uzaqlaşmağa çalışdıq. Yenidən otelə qayıtdıq. Tutulmamağımız əla oldu”.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib ki,bu məqalədən məlumatlıdırlar: "Dundalk” oyunçuları Qarabağla qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər” sərlövhəli məqalədə iddia olunan hallar tərəfimizdən araşdırılır. Müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla, paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur. Polis tərəfindən paytaxtda ictimai asayişin təmin edilməsində qarşıya qoyulan vəzifələr yüksək əzm və peşəkarlıqla həyata keçirilir”.
"Qarabağ” klubu "Dandalk”la İrlandiyada keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə edib.
Загрузка...
Загрузка...

Xəbər lenti