İrəvanda vəziyyət gərginləşdi - FOTOLAR

İrəvanda vəziyyət gərginləşdi - FOTOLAR

İrəvanın Xorenaçi küçəsində vəziyyət kritik həddə çatıb.

Burada artıq dörd gündür ki, bir qrup silahlı şəxs Ermənistan Polis Xidmətinin post-patrul alayını ələ keçirib və tələblərinin yerinə yetirilməsi üçün hakimiyyətə vaxt veriblər. Silahlıların yaxınları, tərəfdarları, radikal yönümlü müxalifət üzvləri bütün gecə boyu xüsusi təyinatlı polis qüvvələri ilə danışıqlar aparıblar. Etirazçılardan bir qrupu isə polislə qarşıdurma yaradıb. Xəbər verilir ki, ələ keçirilmiş alayın ərazisindən atışma səsləri eşidilib.

Erməni mətbuatı xəbər verir ki, polislər insan axınının qarşısını almaqdan ötrü əraziyə ağır tonnajlı yük maşınları gətirib, onları iki cərgədə etirazçıların qarşısına düzüblər. Bununla belə aksiya iştirakçıları içəridə baş verənlər barədə məlumat əldə etmək üçün polisə müqavimət göstərməkdən çəkinmirlər. Fəallardan biri səsucaldan vasitəsilə məlumat verib ki, bu dəqiqələrdə silahlıların rəhbəri Varujan Avetisyanla telefon əlaqəsi yaradıb və məlum olub ki, silah səsi post-patrul alayından etirazçılarla həmrəy olduqlarını nümayiş etdirmək üçün açılıb. Sonra fəallar V.Avetisyanla telefon əlaqəsi yaradaraq səsucaldan vasitəsilə onu yayıblar. Avetisyan etirazçıları sakitləşdirərək onlara qarşı heç bir hücumun olmadığını bildirib.

Criminal.az

İrəvandaİrəvandaİrəvandaİrəvandaİrəvandaİrəvanda

Xəbər lenti