İraqda saxlanılan 38 uşaq Azərbaycana qaytarılıb

İraqda saxlanılan 38 uşaq Azərbaycana qaytarılıb
 İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 uşaq Azərbaycana qaytarılıb Cümə axşamı günü İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 uşaq Azərbaycana qaytarılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, hökümət buna "koordinasiyalı və mərhələli tədbirlər" həyata keçirməklə nail olub. Nazirliyin məlumatına görə, əvvəlcə onların yeri və Azərbaycan vətəndaşlığı müəyyənləşdirilib. "Onlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.
Uşaqların İraq və Suriyadan gətirilməsi üçün onların repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdad şəhərinə ezam edilib. İşçi Qrupunun üzvləri tərəfindən Azərbaycan vətəndaşlarının ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib", - Azərbaycan XİN bildirib.
Uşaqlar Azərbaycan nümayəndə heyətinin müşayiəti ilə Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəyə gətirilib. Qurum bildirib ki, gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün lazımi tədbirlər görüləcək.
XİN bildirib ki, indiyədək İraqdan 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Xəbər lenti