İranlı qadın Azərbaycanda girov saxlandığını deyir

30 Noyabr 2019, 12:48
30 Noyabr
2019
12:48
189
Загрузка...
Atefeh Dehghanizadeh: "Kişiyə görə onun qadınını, uşağını cəzalandırmaq, əziyyət etmək heç bir çərçivəyə sığmır”
İran vətəndaşı olan 1984-cü il təvəllüdlü Atefeh Dehghanizadeh Azərbaycanda məhkəməyə müraciət edərək, burada girov saxlandığını iddia edir.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları pasportunu da əlindən alıb, onu 3 yaşlı qızı və 55 yaşlı anası ilə birlikdə ölkədən getməyə qoymurlar.
Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyilə iranlı qadının şikayətinə baxılıb. Şikayət məhkəmə nəzarəti qaydasında verildiyinə görə proses də qapalı keçirilib. Hakim Atefeh Dehghanizadehin ölkədən çıxışına qadağa qoyulması, pasportunun əlindən alınması barədə Yasamal Rayon Polis İdarəsi və Yasamal Rayon Prokurorluğunun əməkdaşlarının hərəkətlərini qanunsuz hesab edib. Ölkədən çıxışa qoyulan qadağanın aradan qaldırılması, qadının pasportunun qaytarılması barədə qərar çıxarılıb.
Atefeh Dehghanizadeh Meydan TV-yə bildirib ki, məhkəmənin bu qərarının icra olunmamasından qorxur: "Mən, körpə övladım, anam bir ilə yaxındır zülmdəyik. Bu müddətdə nələr görmədim? Biz - mən, qızım və anam birlikdə bu il yanvarın 9-da Bakıdan Türkiyəyə gedəndə aeroportda bir nəfər bizə hücum elədi. Sandım ki, uşağı qaçırmaq istəyir. Əlimdəki sənədi alıb cırdı. Səsə polislər gəldi. Sonradan bildim ki, mənə hücum edən həyat yoldaşımla pul problemi olan Orxan adlı şəxs imiş. Mənə ölkədən getməyə imkan vermirdi ki, biz ölkədə girov qalaq, yoldaşımdan pulu alsın. Sonra polis idarəsi və prokurorluq da bizi qanunsuz olaraq, ölkədə saxlamaqda ona yardımçı oldu”.
Hava limanındakı insidentin iştirakçılarından biri - Orxan İsmayılov qadından şikayətçi olub, Atefeh Dehghanizadehin ona böhtan atdığını, uşağını qaçırmaqda ittiham etdiyini bildirib. Bununla əlaqədar cinayət işi başlanıb, Atefeh Dehghanizadeh şübhəli şəxs qismində tanınıb. Lakin yetərli əsaslar olmadığından təqsirləndirilən şəxs qismində cəlb olunmayıb. O, sərbəst buraxılsa da, Yasamal Rayon Prokurorluğunun müstəntiqi Zamil Mehralıyev pasportunu qaytarmaqdan imtina edib. Bu üzdən qadın məhkəməyə şikayət edib.
Atefeh Dehghanizadehin həyat yoldaşı Ferzad Foroozanmehrdir. O, Orxan İsmayılova qarşı dələduzluqda – 240 min manatlıq evini satıb, pulunu ələ keçirməkdə ittiham olunur. Bu üzdən Azərbaycanda onun barəsində cinayət işi başlanıb.
"Bəzən gecə saatlarında 8-10 polis qaldığımız evə gəlir, bizi götürüb idarəyə aparır. Bir dəfə gecədən səhərə qədər üçümüzü də Yasamal rayonunun 26-cı polis bölməsində saxladılar. Uşaq möhkəm qorxur. Həyat yoldaşıma görə bizə burada zülm eləyirlər. Kişiyə görə onun qadınını, uşağını cəzalandırmaq, onlara əziyyət etmək heç bir çərçivəyə sığmır. Bir müddətdir ki, pulumuz da tükənib, körpə uşağım günlərlə ac qalır. Bizi girov saxlayıb, zülm eləyirlər”, - deyə Atefeh Dehghanizadeh ağlayır.
O, əlavə edib ki, Azərbaycanda üzləşdiyi qanunsuzluqlarla əlaqədar Türkiyədəki vəkilləri Avropa Məhkəməsinə şikayət göndərib.
Загрузка...
Xəbər lenti
-
13:35Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
-
13:18Zahir Əzəmət imzatoplama kampaniyasına başladı
-
13:07“İslam Partiyasının liderinin hüquqları pozulub”
-
13:06Gülnarə Kərimovanın isveçrəli vəkili ölkəyə buraxılmayıb
-
13:05Qabil Əsədov özbək qadını ələ keçirmək üçün onun ərinin qətlini sifariş verdi - ZİLOLA ƏRİNİ BASDIRIB QAYITDI, ƏSƏDOVLA YAŞAMAĞA BAŞLADI...
-
13:00"Bunu məndən başqa heç kim etməyib" - "Şərurlu İsfəndiyar" türkiyəli iş adamının məhkəməsində dindirildi
-
11:20Bakının mərkəzində əlibıçaqlı şəxslər xuliqanlıq etdi
-
11:15Millimizin sabiq futbolçusu həbs edildi
-
11:13Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var
-
11:11Bakıda evdə ər-arvadın meyiti tapıldı
-
13:46"Oğluma elə ağır işgəncə verilib ki, bağırsaqları yırtılıb və ağlı qaçıb"
-
13:30Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir
-
12:22Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb
-
12:15Liftlərlə bağlı rəsmi ittiham: pullar mənimsənilib, materiallar satılıb...
-
12:11Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir - OĞLU, QIZI, 2 QARDAŞI, 2 BACISI, 2 QOHUMU...
-
22:35Azyaşlı övladlarını döyməkdə günahlandırılan ata həbs olunub
-
14:26Qarabağ əlili etiraz olaraq maşınını yandırıb
-
13:3342 beynəlxalq təşkilat vəkillərə təzyiqlə bağlı bəyanat yaydı
-
13:30Dələduzluğa görə həbs olunan şəxsin Elmira Axundovaya günaşırı 5 min manat aparmasının pərdəarxası...
-
13:23“Əli Həsənov Hüseynin hesabına vəzifəyə gəlmişdi”
-
13:15Polis 39 yaşlı kişini bıçaqladı
-
19:12Çingiz Qənizadə və onun şərikinin adı hallanan sifarişli ölüm işi məhkəmədə
-
19:07“Rüstəm Usubov vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən şəxsdir”
-
19:01Kəmaləddin Heydərov generalı vəzifəsindən çıxardı
-
13:14Ramiz Zeynalov yanğın yerində
-
12:58Polis zabiti jurnalisti məhkəməyə verdi - Rəisi Əli Həsənovun qaynıdır
-
12:35Rusiyada azərbaycanlı reperlərin maşını atəşə tutuldu
-
12:22Kəmaləddin Heydərov öz bacanağını qalib elan etdi
-
12:12FHN “EuroHome”un üzərinə təyyarə qaldırdı
-
12:08Uşaqları döyən ata və ögey anasına cinayət işi açıldı
-
11:46“Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”
-
11:45“Qonşum Prezident Administrasiyasındakı qohumuna güvənib evimi əlimdən almaq istəyir”
-
11:42FHN helikopterdən çəkilən görüntüləri yaydı
-
11:12“EuroHome”un sahibi bu şəxsdir
-
11:09“Eurohome”da güclü yanğın
-
10:28“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
-
10:20Azərbayan ictimaiyyəti Çingiz Mustafayevin adını daşıyan radiotezliyə görə İlham Əliyev və Mehriban Əliyevaya müraciət etdi
-
10:16Vəfa Zeynalovanın qardaşı vəfat etdi
-
19:45Vasif Talıbov Ali Məclisə seçkilərlə bağlı sərəncam imzalayıb
-
14:18"Lombard Məlahət" jurnalisti həbs etdirmək üçün üçüncü dəfə məhkəməyə verdi
12 Dekabr 2019
11 Dekabr 2019
10 Dekabr 2019
09 Dekabr 2019
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Kəmaləddin Heydərov generalı vəzifəsindən çıxardı
-
Manşet, Cəmiyyət
Azərbayan ictimaiyyəti Çingiz Mustafayevin adını daşıyan radiotezliyə görə İlham Əliyev və Mehriban Əliyevaya müraciət etdi
-
Manşet, Cəmiyyət
Paşinyanın xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdi və hədələdi
-
Manşet, Cəmiyyət
İranlı qadın Azərbaycanda girov saxlandığını deyir
-
Manşet, Cəmiyyət
Prezident Məhərrəm Əliyevi yüksək vəzifəyə təyin etdi
-
Manşet, Cəmiyyət
"Hörmətli Üzeyir Cəfərov siz ordu üçün nə etmisiniz? Vauçer toplamaqla?" - Polkovnikdən hərbi ekspertə cavab
-
Manşet, Cəmiyyət
Polkovnik rütbəsi çatan bu cavan oğlan "yolunu azıb", oğlunun şərəfinə şadlıq sarayı tikdirib"
-
Manşet, Cəmiyyət
Tofiq Yaqublunun həbs müddəti bitdi
-
Sənəd, Manşet, Cəmiyyət
Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib