İranla sərhəddə növbəti insident ölümlə nəticələnib

İranla sərhəddə növbəti insident ölümlə nəticələnib
Загрузка...
Noyabrın 23-də Azərbaycan-İran sərhəddində sərhəddi pozan İran vətəndaşı öldürülüb. Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, insident noyabrın Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında baş verib. Azərbaycanın dövlət sərhəddini pozan 2 nəfər naməlum şəxs sərhədçilərə atəş açıb. Azərbaycan sərhədçiləri silah tətbiq edərək sərhəd pozucularından birini zərərsizləşdirib. Digər sərhəd pozucusu İran ərazisinə qaçıb.
"İran sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində ölmüş sərhəd pozucusunun İran vətəndaşı olması müəyyən edilib”,- məlumatda deyilir. Hadisə yerindən ümumi çəkisi 2595 qram marixuana və metafetamin aşkarlanıb. Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır.
Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotik maddələrin əksəriyyəti İran ərazisilə daşınır. Hüquq- mühafizə və gömrük orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən və Avropa ölkələrinə daşınması nəzərdə tutulan tonlarla narkotik vasitə tutub, onlarla insanı saxlayıb. Bu il İranla sərhəddə silahlı insident zamanı bir neçə nəfər ölüb və ya yaralanıb. Azərbaycan sərhədçiləri tərəfindən də zərərçəkənlər olub.
Загрузка...
Загрузка...

Xəbər lenti