İranda yeni deputat seçilən qadın koronavirusdan öldü

İranda yeni deputat seçilən qadın koronavirusdan öldü
Загрузка...
 İranda daha bir millət vəkili "COVİD-19”un qurbanı olub. "Qafqazinfo”nun "Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün halı pisləşən deputat Fatimə Rəhbər xəstəxanaya yerləşdirilib. Komaya girən deputat bu gün dünyasını dəyişib.
Bildirilir ki, 56 yaşlı Fatimə Rəhbər fevralın 21-də keçirilən parlament seçkilərində millət vəkili seçilibmiş. Qeyd edək ki, yoluxma və ölüm hallarına görə İran sözügedən virusdan ən çox təsir görən ölkələrdəndir. Artıq 4747 nəfər virusa yoluxub, onlardan 124-ü ölüb. Fevralın sonlarında İran İslam Şurası Məclisinin deputatı Məhəmmədəli Ramazani, martın 2-də isə ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyinin Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi virusa yoluxaraq vəfat edib.
İranda koronavirusa yoluxanlar arasında, həmçinin İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zünnur, vitse-prezident Məsumə İbtikar, Səhiyyə nazirinin müavini İrəç Hərirçi və Qum Tibb Universitetinin rektoru Məhəmməd Rza Qədir də var.

Xəbər lenti