İcra başçısının müavini ikimərtəbəli obyekt tikdirir - SABİQ NAZİRİN XALASI QIZIDIR

İcra başçısının müavini ikimərtəbəli obyekt tikdirir - SABİQ NAZİRİN XALASI QIZIDIR
Загрузка...
Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Həsənova Afət Əbil qızı rayonun Hövsan qəsəbəsində, E.Qasımov küçəsi 18 ünvanındakı binanın yanında özünə ikimərtəbəli kommersiya binası tikdirir. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, ümumi sahəsi 194,33 kv metr olan obyektin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu ilin avqustunda icazə verilib.
Afət Həsənova 2015-ci ildə Quba rayonundan deputatlığa namizədliyini irəli sürüb, qarşıdakı parlament seçkilərində növbəti dəfə bəxtini sınamağa hazırlaşır.
Afət Həsənova sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır. 
İddialarla bağlı A.Həsənova Criminal.az saytının əməkdaşının telefon zənglərinə cavab vermədi.

Xəbər lenti