İqtisadçı ilə “Bakı steel company” yenə məhkəmə çəkişməsində

İqtisadçı ilə “Bakı steel company” yenə məhkəmə çəkişməsində
Загрузка...
 Sabah tərəflərin apelyasiya şikayətinə baxılacaq
Oktyabrın 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin sədrliyi ilə "Baku steel company” MMC-nin iqtisadçı-alim Nazim Bəydəmirliyə qarşı iddiasına baxılacaq. Bu barədə Meydan TV-yə Nazim Bəydəmirli məlumat verib. Onun sözlərinə görə, məhkəmə onların da iddiasına baxacaq, yəni qarşılıqlı iddia əsasında proses olacaq. Nazim Bəydəmirli "Baku steel company” MMC-nin sahibi Rasim Məmmədovun bir il əvvəl onun "Facebook” səhifəsində yazdığı statusa görə məhkəmədə iddia qaldırdığını deyib:
"Təqribən bir il bundan əvvəl özümün "Facebook” hesabımda yazdığım statusa görə "Baku steel company” MMC kimi tanıdığınız şirkətin və onun sahibi kimi qeyd olunan Rasim Məmmədov tərəfindən məhkəməyə verilmişəm. Yazmışam, monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli , daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, "Baku steel ” deyilən şirkət metallomdan hazırlanan malını daxili bazara 780 dollara ekvivalentində manata satır, İranın dəmir filizindən istehsal olunan malın biz Gürcüstan bazarına yol xərci daxil 385 dollara o da ƏDV-sini ödəyib inşaata başlayandan 454 dollara maya dəyəri ilə keyfiyyətli mal ilə. Aradakı 326 dollar Gürcüstanda evləri ucuz edir, Bakıda isə bahalaşdırır. Baxın, Azərbaycanda bahalığın daha bir səbəbinə. Bizdə Gürcüstandan fərqli olaraq "monopolistə” xidmət etmək üçün 15 %-lik idxal gömrük rüsumu da var. Hətta onu da alıcı ödəmiş olsa, hal-hazırda Azərbaycan bazarına daha keyfiyyətli və "Baku Steel”-in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir. Mənim fikirlərimi öz yazılarına əlavə etmiş daha iki mətbu orqanı da "Yeni Musavat” qəzeti və "Azpolitika” saytı da cavabdeh kimi göstərilib. Məhkəmədə işə baxılarkən iddiaçı qismində mən cavabdeh "Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədova qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdim”. 

Nazim Bəydəmirli
Nazim Bəydəmirli iddia edir ki, Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyev qarşılıqlı iddialarını rədd edib, ilkin iddianı qismən təmin edərək işə birtərəfli, ədalətsiz, sifarişli qərar qəbul edib:
"Məhkəməyə təqdim olunmuş sənədlərdə də sübut olunur ki, Nizami Rayon Məhkəməsinin hakimi işə baxarkən bizim arqumentlərə cavab vermək, qanunu düzgün tətbiq etmək əvəzinə çiynini çəkərək, gözü ilə yuxarıya işarə edir. Ancaq bu günlərdə ölkə başçısının dilindən monopolistlərə qarşı dövlətin necə davranmalı olduğunu bir daha nümayiş etdirdi. Mən dövlət orqanlarının prezident İlham Əliyevin çıxışlarından necə nəticə çıxartdığı haqqında növbəti instansiya məhkəməsinin qərarından sonra fikrimi bildirəcəyəm. Təkrar edirəm ki, mənim paylaşımlarımın heç birində onların şərəf-ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirəsi söz və ya ifadə işlədilməyib. Metallomdan hazırlanan məhsulları ilk iddia üzrə iddiaçılar özləri də təsdiq edirlər, digər halda tərəfimizdən təqdim edilmiş sənədli filmdə öz əksini tapmış kadrlar bu halı təsdiqləyir. İkinci halda isə "Baku Steel” şirkətinin malından ucuz mal idxal edilə biləcəyini qeyd edirik. Bu isə bazar iqtisadiyyatı şəraitində və "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən rəqabət sayılır”.
Загрузка...
Загрузка...

Xəbər lenti