İqtisadçı: “BNA-nın icra hakimiyyətinin tərkibinə qaytarılması problemi həll etməyəcək”

07 Fevral 2022, 16:42
07 Fevral
2022
16:42
876
Rövşən Ağayev hesab edir ki, seçkili paytaxt idarəçiliyi yaradılmasa heç nə dəyişməyəcək
"Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra Hakimiyyətinin tərkibinə qaytarılması problemləri həll etməyəcək. Çünki uğurlu nümunələr göstərir ki, bu sistem sərəncamlar, göstəriş və fərmanlar əsasında fəaliyyət göstərən, hesabatlı və kollegial olmayan icra hakimiyyəti sisteminin idarəçilik imkanları xaricindədir”.
İqtisadçı Rövşən Ağayev belə düşünür.
Fevralın 7-də Prezident İlham Əliyevin fərmanı ilə Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.
Bakıda nəqliyyat əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olub, sonra Nəqliyyat Nazirliyinin tabeliyinə keçib, ardınca Bakı Nəqliyyat Agentliyi (BNA) adlı qurum yaradılaraq onun tərkibinə verilib. Bu gün isə yenidən Bakı Şəhər İcra Hakimiyyətinin tərkibinə qaytarılıb.
Rövşən Ağayev deyir ki, son 30 ildə Bakıda nəqliyyatın təşkili icra orqanlarının tərkibində hər cür idarəçilik görüb.
İqtisadçının fikrincə, hökumət seçkili paytaxt idarəçiliyinin yaradılması zərurətini nə qədər tez qəbul etsə, belə problemlərdən daha tez can qurtarmaq mümkün olacaq. Əvvəla, qərarlar kollegial və ictimaiyyətin iştirakı ilə qəbul edildiyi üçün illərlə davam edən ekspermentlərə yer olmayacaq. Üstəlik, hər bir qərar ictimai rəy öyrənilərək qəbul ediləcək. Nəticədə səhv qərarların qəbulu riski əhəmiyyətli dərəcədə azalacaq:

"Digər tərəfdən, seçkili liderlər biləcək ki, paytaxtı qışda qar, payızda-yazda yağış fəlakətindən qoruya, tıxac əsarətindən qurtara bilmədinsə, növbəti dəfə kürsü də olmayacaq. Yəni indiki halda təyin olunmuş şəxs üçün belə qorxu yoxdur. Amma seçkili orqanın taleyini həll edən əsas meyarlardan biri məhz şəhərdə nəqliyyatın effektiv təşkilidir”.
Rövşən Ağayev bildirir ki, məsələn, seçilən şəxs metro xətti çəkilməli olan bir ərazidə, onu etmirsə, yaxud yolötürücü körpü tikilməli olan hissədə tikinti aparmırsa, həmin ərazidə səs almaqdan əlini üzməlidir. Odur ki, məcburdur xidmət etsin, ortaya yaxşı iş qoysun:
"Əlbəttə, söhbət demokratik və şəffaf seçki nəticəsində formalaşan şəhər yerli özünidarəsindən gedir. Bir də bu tip yerli əhəmiyyətli məsələlərlə ali icra hakmiyyətinin, dövlət başçısının məşğul olmasına, həmin problemlərə zaman və enerji xərcləməsinə də lüzum qalmır. Vətəndaş seçkili şəxsləri ya mandatı verərək, ya da tutub geri alaraq həmin problemləri həll etməyə məcbur edir”.
İqtisadçı düşünür ki, 21-ci əsrin sivil toplumları problemlərini bu qədər asan şəkildə həll edirlər.
Prezidentin bugünkü fərmanı ilə BNA-nın tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC isə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) tabeliyinə verilib.
Azərbaycan Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi Prezidentin 2015-ci il dekabrın 21-də imzaladığı fərman ilə yaradılıb. 2016-cı ildə isə prezidentin növbəti fərmanı ilə BNA əsasında "Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs təsis edilib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
Manşet, Cəmiyyət
Bakıya yeni prokuror təyin edildi
-
Manşet, Cəmiyyət
Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
Manşet, Cəmiyyət
Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
Manşet, Cəmiyyət
Elmira Axundova haradadır?
-
Manşet, Cəmiyyət
Qubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”
-
Manşet, Cəmiyyət
Eldar Həsənovun övladları prezidentə müraciət etdi
-
Manşet, Cəmiyyət
"Bəyannamənin həyata keçirilməsi, müşküldür, çünki..."
-
Manşet, Cəmiyyət
Kürdəmirə də yeni başçı təyin olundu