İntihar edən qız 667 balla Tibb Universitetinə qəbul olubmuş İntihar edən qız 667 balla Tibb Universitetinə qəbul olubmuş

İntihar edən qız 667 balla Tibb Universitetinə qəbul olubmuş
Загрузка...
Bu gecə saat 2 radələrində bulvarda intihar edən 22 yaşlı Nəzakət Rzazadə Azərbaycan Tibb Universitetinin tələbəsidir. Report xəbər verir ki, 1994-cü il təvəllüdlü Nəzakət Rzazadə 2017-ci ildə 667 balla universitetə qəbul olub.
Xatırladaq ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan Balahüseyn Məmmədov Zöhrab oğlu və Nəzakət Rzazadə Müğdət qızı bir-birlərini seviblər. Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb. İlk olaraq Nəzakət Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən Nəzakətin meyitinin axtarışı mümkün olmayıb, B. Məmmədov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir.
Bakupost saytı Balahüseyn Məmmədovun xilasedilmə görüntülərini yayıb.

Xəbər lenti