İntihar edən gəncin bibisi: Oğlanın səsini eşidəndə uçurdu

İntihar edən gəncin bibisi: Oğlanın səsini eşidəndə uçurdu
Загрузка...
17 yaşlı qızın özünə qəsd etməsinin səbəbləri araşdırılır
Zaqatalanın Əliabad qəsəbəsinin 17 yaşlı sakini Gülər İsmayılovanın intihar etdiyi bildirilir. Hadisə iyulun 30-da baş verib. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İlkin rəsmi məlumatda gəncin hansı səbəbdən intihar etdiyinin bəlli olmadığı deyilir. Hadisə ilə bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb.
Məlumatlara görə ali təhsil almaq istəyən Güləri valideynləri zorla özündən yaşca çox böyük oğlana ərə vermək istəyiblər, avqustda toy olacaqmış. Bəzi məlumatlarda isə mərhumun başqasını sevdiyi deyilir. Hadisənin nişandan 1 gün əvvəl baş verdiyi haqda məlumatlar var.
Zaqatala rayon Əliabad kənd icra nümayəndəsi Həsən Həsənov saytına deyib ki, "Onları problemli ailə kimi tanımayıb: "Normal ailədir. Güləri ərə vermək istədikləri oğlan kənd sakinidir. Oğlanın 32 yaşı var, heç vaxt ailəli olmayıb. Məndə olan məlumata görə, bir neçə mağazası var, iş adamıdır”. G.İsmayılovanın bibisi Laləndə Hüseynova Azadlıq Radiosuna deyilənləri təkzib edib.: «Vallah, elə şey yox idi. Bu, Allahın işi idi. Camaat cürbəcür söz çıxarır». O, qızın, hələlik, nişanlanmadığını da qeyd edir: «İstəyən var idi, amma nişanlanmamışdı. Hələ qardaşım gələsi idi. Nə nişan? Hələ balanın 17 yaşı var idi».
L.Hüseynova gənc qızın təhsil almaq istəməsinə valideynlərinin əngəl olması haqda söylənilənləri də təkzib edir: «Qələt edirlər, bizi yandırıb tökməsinlər. Uşaq idi. Uçurdu, uçurdu. Oğlanı çox istəyirdi. Onun səsini eşidəndə uçurdu, istəməmək söhbəti etməyib bizimlə». Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov intiharın ailə-məişət zəminində baş verdiyini bildirib. O, hüquq-mühafizə orqanları araşdırma apardığından bu haqda əlavə nəsə demək istəməyib. L.Hüseynova isə ailədə hər hansı problem olmadığını söyləyir: «Anasından dondurma istəyib, anası da dondurma alıb. Söhbət ediblər. Evi rəngləyiblər. Elə şey yoxdur, yandırıb tökməyin bizi. Camaat cürbəcür söz danışacaq, əsası yoxdur».
Yeniyetmənin təhsil aldığı Əliabad qəsəbəsi 1 saylı orta məktəbdə direktor və müəllimlər işdə olmadığından gözətçi Vüqar Haqverdiyev Azadlıq Radiosunun suallarını cavablandırıb. Gözətçi gənc qızı yaxşı tanıdıqlarını söyləyib: "İntihar xəbərini eşidəndə çaşıb qaldıq. Diribaş idi, başqaları kimi utancaq, çəkingən deyildi, «jivoy» qız idi. "Necə oxuduğunu deyə bilmərəm, müəllimlər danışa bilər. Deyirlər, atası Rusiyada işləyirmiş. Oxutmağa imkan olardı, istəsəydilər. Ancaq yenə deyirəm, niyə özünü asıb, biz məlumatsızıq. Yaxşı qız idi, nişanlanmışdı... Nə olub, necə olub bilmirəm», – bunu da onunla eyni qəsəbədə yaşayan, məktəbin Gülşən adlı xadiməsi deyib.
İcra başçısının müavini Tofiq Əhmədov 18 yaşı tamamlanmayan mərhumun nişanlanması və avqustda toyu olacağı barədə icra hakimiyyətinə məlumat daxil olmadığını qeyd edir: «Ola bilər, ailədə hansısa razılaşma olub. Amma rəsmi nikah və ya toyla bağlı müraciət daxil olmayıb».
Загрузка...
Загрузка...

Xəbər lenti