“İnternetdə tanış olan qızlar evdən qaçıb”

“İnternetdə tanış olan qızlar evdən qaçıb”
Загрузка...

“Bu yaxınlarda bir neçə azyaşlı qız uşağı internetdə bir-biri ilə tanış olublar və sonra hamısı evlərindən qaçıb gediblər. Onlardan yalnız 10 gün sonra xəbər tutmaq mümkün olub. Onlar niyə qaçıblar, nə işlə məşğul olublar, bəlli deyil”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Tahir Rzayev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında sosial şəbəkələrin, televiziyaların azyaşlı uşaqlara təsirindən danışarkən deyib.

Millət vəkili qeyd edib ki, özü yuxarıda qeyd etdiyi hadisənin şahidi olub: “Ona görə də insanlarımızın, xüsusilə, uşaqlarımızın düşüncəsinə, psixikasına mənfi təsir edən, zərər vuran halların qarşısının alınması, bunun qanunvericiliklə tənzimlənməsi çox vacibdir. Bu gün sosial şəbəkələr, bəzi saytlar və portallar, telekanallar humanizmi təbliğ etmək yerinə, qəddarlığı, vəhşiliyi təbliğ, təlqin etməklə daha çox da yetişməkdə olan nəslin, uşaqların və yeniyetmələrin şüuruna, tərbiyəsinə, fiziki sağlamlığına, psixikasına ciddi və mənfi təsirlərlə müşaiyət olunur. Vaxtilə, ata-babalarımızın zamanında belə bir adət-ənənə vardı ki, hansısa bir evə, elə bəd, qara xəbər gələndə həmin evin uşağını başqa kəndə, başqa yerə, qonşuya göndərərdilər. Çünki istəmirdilər, istəməzdilər ki, bu qara, bəd xəbər həmin uşağın psixasına pis təsir göstərsin. Və yaxud, ailədaxili məsələləri belə valideynlər, yaşlı adamlar öz aralarında həll edirdilər, uşaqları bu məsələlərdən uzaq tutardılar. Hətta, ailənin ehtiyacını belə uşağa, övlada deməzdilər ki, ona pis təsir edər. Ancaq bu gün belə deyil, tam bunun əksidir. İnternet, sosial şəbəkələr həyatımıza ciddi surətdə müdaxilə edir, daxil olur və bir çox hallarda da öz mənfi nəticəsini göstərir”. 

Criminal.az

Xəbər lenti