Çingiz Əsədullayevin həbs etdirdiyi “AGBank”ın təsisçisi bəraət aldı

13 Oktyabr 2020, 12:51
13 Oktyabr
2020
12:51
519
Sabiq deputat Çingiz Əsədullayevə məxsus "Azəriqazbank”a (AGbank) saxta qızıllar qoymaqla yarım milyondan çox kredit götürməkdə ittiham olunan Eldar Səmimi bəraət alıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Səmimi "Azəriqanbank”a qızıl-zinət əşyalarını girov qoyub kredit götürərək lombard açıb. Lakin bir müddət sonra işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bundan sonra bankın rəhbərliyi dəyişən zaman həmin qızılların satılaraq borcun ödənilməsinə yönəltmək istəyiblər, bu zaman qızılların bir çoxunun saxta olduğu üzə çıxıb.
Müəyyən edilib ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyilmiş, sadəcə üz hissəsi qızıl olub. Eldar Səmimi isə həmin əşyaların saxta olduğunu bilmədiyini deyərək özünü təqsirli bilməyib.
Yarım milyon manata yaxın kredit götürən Eldar Səmimi borcunu ödəyə bilməyib. Faizlərlə birlikdə onun borcu 700 min manatı ötüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı onun vəkili Vasif İsrafilovun vəsatəti ilə yenidən ekspertiza keçirilib. Ekspertin rəyinə görə, Eldar Səmiminin banka olan borcunun 630 min manat yox, 359 min 756 manat olması ilə bağlı rəy verilib. Bundan başqa ekspertiza rəyində yazılıb ki, əşyaların saxlanılmasında məsul şəxslər bankın işçiləridir. Yəni, banka qoyulan əşyaların sonradan dəyişdirilməsi, saxtalaşdırılmasında Eldar Səmiminin günahı yoxdur.
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilən Eldar Səmimiyə məhkəmənin qərarı ilə bəraət verilib.
Eldar Səmimi 1993-cü ildə "Azəriqazbank” təsis edildikdən sonra 2 ilə yaxın bankın müşahidə şurasının sədri olub. Həmçinin bankın həmtəsisçilərindən biri olub. Daha sonra "Azərbaycan Beynəlxalq Bankı”nda və "Mostbank”da da çalışıb.
Qeyd edək ki, "AGBank” sabiq MTN rəhbəri Eldar Mahmudovun nəzarətində olub. "MTN işi” və "Rabitə işi”nin istintaqı zamanı Çingiz Əsədullayev və Eldar Mahmudovun birgə fəaliyyəti ortaya çıxmışdı.
Xatırladaq ki, Mərkəzi Bankın 2020-ci il 27 aprel tarixli qərarı "AGBank”ın lisenziyası ləğv edilib və bank bağlanıb.
Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Məhkəmə
Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
Məhkəmə
AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
Məhkəmə
Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib
-
Məhkəmə
Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib
-
Məhkəmə
Məhkəmə Əli Kərimlinin işgəncə şikayətini araşdırmadı
-
Manşet, Məhkəmə
Ali Məhkəmə Zamirə Hacıyevanın şikayətlərini rədd edib
-
Manşet, Foto, Məhkəmə
Azərbaycanlılara işgəncə verən erməni haqda həbs qərarı verildi
-
Manşet, Məhkəmə
Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı
-
Manşet, Məhkəmə
Kamil Kamil Zeynallı həbs edildi