İngiltərə futbolunda sensasiya yaratmış klubun sahibi helikopter qəzasında ölüb İngiltərə futbolunda sensasiya yaratmış klubun sahibi helikopter qəzasında ölüb

İngiltərə futbolunda sensasiya yaratmış klubun sahibi helikopter qəzasında ölüb
Загрузка...
 Şənbə günü axşam İngilətərənin Leicester City futbol klubunun sahibi Vichai Srivaddhanaprabha-nın helikopteri stadiondan qalxandan bir qədər sonra qəzaya uğrayıb. Tailandlı milyarderin ailəsinə yaxın olan mənbə BBC-yə deyib ki, Vichai Srivaddhanaprabha helikoperin göyərtəsində olub. Reuters agentliyi bildirib ki, helikopterdə beş nəfər olub. Bu məlumatın və, o cümlədən, kimin öldüyü barədə rəsmi məlumatın təsdiqi hələ yoxdur.
Faciə Leicester şəhərində baş verib, Leicester City klubunun stadionu yaxınlığında. Şənbə günü stadionda Leicester City ilə West Ham United komandalarının Premier League birinciliyində matçı keçirilib. Həmin matç 1:1 hesabı ilə başa çatıb. Vichai Srivaddhanaprabha-nın helikopteri havaya matç başa çatandan təxminən bir saat sonra qalxıb. Şahidlərin sözlərinə görə, helikopter havaya qalxdıqdan qısa müddət sonra sürərtini itirərək yerə dəyib və alışıb. Yanğınsöndürənlərə yanğını söndürmək üçün 20 dəqiqə vaxt tələb olunub. 

Vichai Srivaddhanaprabha-nın rəhbərliyi altında Leicester City futbol klubu 2016-cı ildə İngiltərə Premier League-nın qalibi olub. Tailandlı milyarder Vichai Srivaddhanaprabha Forbes jurnalına görə, 4,9 milyard dollarlıq varidatla Tailnadın 5-ci ən varlı adamı sayılıb. O, Leicester City klubunu 2010-cu ildə təxminən 50 milyon dollara alıb. O zaman bu klub İngiltərə futbolunun daha aşağı, ikinci divizionunda çıxış edirdi.
2014-cü ildə klub aşağı divizionda qalib çıxaraq Premier League-ya vəsiqə qazanıb. 2016-ı ildə autsayder sayılan Leicester City bütün proqnozlarım əksinə olaraq Premier League-nın çempionu adını qazanıb və beləcə, İngiltərə futbolunda sensasiyaya imza atmış olub. Həmin ildə futbol bukmekerləri Leicester City komandansının Premier League çempionu olmaq şanslarını 1:5000 nisbəti kimi qiymətləndirirdilər.
Загрузка...
Загрузка...

Xəbər lenti