'İmkansızlığa görə Gürcüstanda oxumuşam, nazirlik diplomumu tanımır'

14 Noyabr 2019, 20:41
14 Noyabr
2019
20:41
140
Загрузка...
Gürcüstan Texniki Universiteti
Gürcüstan Texniki Universitetində «Sosial elmlər və beynəlxalq əlaqələr» ixtisası üzrə bakalavr dərəcəsində təhsil almış Əli Salmanovun diplomu Azərbaycanda qəbul edilmir. Deyir ki, 2017-ci ildə Gürcüstanda təhsilini bitirəndən sonra diplomunun Azərbaycanda tanınmasından ötrü Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsinə müraciət edib. Amma idarədən ona rədd cavabı verilib. Özünün bildirdiyinə görə, səbəb də göstərməyiblər.
24 yaşlı Ə.Salmanov bildirir ki, onun heç xaricdə təhsil almaq niyyəti olmayıb. Amma Azərbaycanda təhsil haqqının yüksək olması, ailəsinin durumuna görə bu addımı atmaq məcburiyyətində qalıb: «Ailəm Kəlbəcərdən məcburi köçkündür. Özüm 1995-ci ildə ovaxtkı Xanlar, indiki Göygöl rayonunda anadan olmuşam. 2012-ci ildə Kəlbəcər rayon 9 saylı tam orta məktəbi bitirib, Azərbaycan Kooperasiya Universitetinin «Tərcümə (ingilis dili üzrə)» ixtisasına qəbul olmuşdum. Lakin universitetdə təhsil haqqı baha olduğuna görə ailəmizin maddi durumu təhsilimi orada davam etdirməyə imkan vermədi. Bu üzdən mən Gürcüstanda təhsil almağa qərar verdim. Orada təhsil haqqı ailəmizin büdcəsinə uyğun idi»
Əli bir müddət öncə diplomunun tanınması tələbiylə Təhsil Nazirliyini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onun iddiasını təmin edib. Təhsil Nazirliyinin üzərinə diplomun tanınması öhdəliyi qoyulub. Nazirlik qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını ləğv edib.
Ə.Salmanov bu qərarı vermiş Bakı Apellyasiya Məhkəməsinin hakimi Afaq Nuriyevadan prezidentə, vitse-prezidentə şikayət edib. İddia edir ki, hakim öz maraqlarına görə qərarı ləğv edib.
«Vətəndaşın haqlı olduğu belə məqamlarda haqsız, ədalətsiz qərarlar çıxarıb, vətəndaşı narazı salmaq prezidentin «Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında» Fərmanına da kölgə salır», - hakimin cəzalandırılmasını tələb edən Ə.Salmanov məktubunda belə yazır.
O, AzadlıqRadiosuna Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini söyləyib: «Təhsil haqqına, imkansızlığa görə məcbur qalıb Gürcüstanda oxumuşam, indi diplomumu tanımırlar. Bu nə deməkdir axı?!».
Problem nədədir
Xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması məsələsini şərh edən hüquqşünas Emin Abbasov deyir ki, Nazirlər Kabineti bu barədə 2003-cü ildə qərar verib. Diplomlar həmin qərarda nəzərdə tutulan qaydalar əsasında tanınır.
Diplomların Azərbaycanda tanınmasıyla bağlı müəyyən problemlərin, bundan qaynaqlanan məhkəmə mübahisələrinin olduğunu deyən ekspert səbəblərdən də danışır. Deyir ki, Təhsil Nazirliyi ilə diplomu tanınmayan şəxslər arasındakı mübahisələrdə həm obyektiv, həm də subyektiv amillərin rolu var.
«Özəlliklə qiyabi təhsil alan şəxslərin diplomlarının tanınmasında problemlər olur. Araşdırma zamanı şəxsin o ölkənin dilini bilib-bilmədiyi, imtahanlar vaxtı orada olub-olmaması kimi hallar araşdırılır. Bu cür səbəblərdən imtina cavabı alanlar var. Amma subyektiv səbəblər də kifayət qədərdir.
Məsələn, xaricdə elə ixtisaslar var ki, Azərbaycan təhsil sistemində yoxdur. Biri də «Gender əsaslı şəhər idarəetmə» ixtisası. İxtisas uyğunsuzluğu üzündə diplomu tanınmayan şəxslər var. Halbuki, bu, onların problemi deyil», - E.Abbasovun sözləridir.
Hüquqşünas hesab edir ki, diplomların tanınmasıyla bağlı ümumi qaydalar bir daha işlənib hazırlanmalı, konkretləşdirilməlidir. Onun fikrincə, konkretlik olsa, bu məsələdə sui-istifadə halları da aradan qalxar: «Bir də hesab edirəm ki, dünyadakı çox nüfuzlu ali təhsil müəssisələrinin diplomları daha sadələşdirilmiş qaydada, hətta avtomatik tanınmalıdır».
Загрузка...
Xəbər lenti
-
14:31İcra başçısını tənqid edən keçmiş məmur intihar edib
-
05:00Ziya Bünyadovun oğlu vəfat etd
-
10:52“Relax”dakı davada nazirliyin bu əməkdaşları döyülüb
-
10:46Moskvada minik avtomobili metro stansiyasının vestibülünə çırpıldı
-
10:41Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib
-
10:40Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib
-
01:12Yevda Abramov vəfat etdi
-
12:56Paşinyanın xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdi və hədələdi
-
12:35Радио имени Чингиза Мустафаева выставлено на продажу
-
12:24Londonda maşınla vurulub ölən milyarderlə bağlı müəmma - QƏSD ŞÜBHƏSİ VAR, POLİS ŞAHİDLƏRİ AXTARIR...
-
12:22Xanımı: Oktay Gülalıyevin səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur
-
00:23Professor oğlunun cinayəti: yalanı ifşa edən xüsusi aparat, rüşvət... - TƏFƏRRÜAT
-
17:07Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı
-
17:05Vilayət Quliyev keçmiş naziri "oğurluqda, çapovulçuluqda" ittiham etdi "ƏLİ MADDİ ÇAX-ÇUXDAN ÇIXAN KEÇMİŞ HƏMKARIM..."
-
17:03“İl ərzində 46 hərbi qulluqçu ölüb”
-
17:01AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib
-
17:00Bakıda sürücü ambulansa yol vermədi
-
16:58Yeni parlament seçkilərinin vaxtı bilindi
-
16:56Yasamalda şirkətdən 85 minlik domofon apardılar
-
16:54“Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı” - Etimad İsmayılovun qatili
-
16:49Hərbi qulluqçumuz vəfat etdi
-
16:48“Ədalət adlı polis saqqalımı əlləri ilə yolur, alışqanla kürəyimə od vururdu”
-
16:46“Qızımın səhhəti ağır olduğundan 2 ildir məktəbə gedə bilmir”
-
16:35Azərbaycan ziyalılarının həyatı Suryalı qaçqınlarından bu qədərmi dəyərsiz oldu?
-
16:21Deputat oğlunun həbs müddəti uzadıldı
-
11:43Mədət Quliyev generalı özünə müşavir təyin etdi
-
15:30Prezident deputatı icra başçısı təyin etdi
-
15:24Hüseyn Abdullayev məhkəməsində şer dedi: "Yalançının metal girsin gözünə..."
-
14:49Gəncə sakini: Elmar Vəliyev torpağımı 6 adama satıb
-
14:45Saatlıda qatarla minik avtomobili toqquşub - ÖLƏNLƏR VAR
-
14:29Milli Məclisin buraxılmasına razılıq verildi
-
14:2717 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu
-
13:55BDU-nun tələbəsinin yataqxanada faciəli ölümü: səbəb qida deyil, zəhərdir - QOŞQAR TƏHMƏZLİ AÇIQLADI
-
12:16Milli Məclisin taleyini həll edən iclas başladı
-
12:09Ehsan Zahidov: "O, tutulduğu andaca tərətdiyi cinayəti tam səmimi etiraf etmişdisə..."
-
11:55Kassirin başını qatıb pulu apardılar
-
19:04"Bəzi məmurların obrazı üzərindən dövlət vurulur"
-
18:56Uşaq oyuncaqlarının içindən narkotik çıxdı
-
18:30Arif Rəhimzadə Əli Həsənovu müdafiə etdi
-
18:17Nazir idarə rəisini işdən çıxardı
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
03 Dekabr 2019
Digər xəbərlər
-
Məhkəmə
Professor oğlunun cinayəti: yalanı ifşa edən xüsusi aparat, rüşvət... - TƏFƏRRÜAT
-
Məhkəmə
AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib
-
Məhkəmə
“Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı” - Etimad İsmayılovun qatili
-
Video, Məhkəmə
Deputat oğlunun həbs müddəti uzadıldı
-
Manşet, Məhkəmə
Hüseyn Abdullayev məhkəməsində şer dedi: "Yalançının metal girsin gözünə..."
-
Məhkəmə
Milli Məclisin buraxılmasına razılıq verildi
-
Məhkəmə
Milli Məclisin taleyini həll edən iclas başladı
-
Foto, Məhkəmə
Gəncə məhbuslarının valideynləri hakimlərə etiraz etdi: "Başımıza niyə oyun açırsız?"
-
Məhkəmə
“Arqument.az” saytı ilə nazirliyin məhkəmə çəkişməsi davam edir