İllər əvvəl seçim edən, indi general olanlar İllər əvvəl seçim edən, indi general olanlar

İllər əvvəl seçim edən, indi general olanlar
Загрузка...
Tarix heç kimi və heç nəyi, xüsusilə də əməlləri unutmur. İllər əvvəl mövqeyini açıqlayan və o vaxtki hakimiyyətin təqiblərinə məruz qalanlar sonrasını düşünmədən addımlar atıblar. Onların qərarı bəlkə də şüurlarının diktəsi, qəlbin seçimi idi. 
Bir neçə gün əvvəl sosial şəbəkələrdə illər öncə sabiq daxili işlər naziri general-mayor İsgəndər Həmidov tərəfindən Azərbaycanın hazırki məhşur generalları barədə olduqca maraqlı əmri yayılıb.  

İsgəndər Həmidov 
Naxçıvan qəzetinin 25 avqust 1992-ci il buraxılışında dərc olunmuş əmrdən görünür ki, İ.Həmidovun Naxçıvan daxili işlər nazirinin o vaxtki müavinləri - polis polkovniki Əsgər Ələkbərovu, qərargah rəisi, polis podpolkovniki Oruc Zalovu və ictimai təhlükəsizlik bölməsinin rəisi, polis podpokovniki Bəylər Əyyubovu daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr verib. Sabiq nazir onları polis adına yaraşmayan düşüncəsiz etiraz aksiyaları və yersiz təhrikedici çıxışları ilə xidməti intizam qaydalarını kobud pozmaqda günahlandırıb. 

Bəylər Eyyubov 
Bəylər Eyyubovun 1992-2003-cü illərdəki fəaliyyəti barədə məlumat olmasa da, o, 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilir. Hazırda general-polkovnikdir.  

Oruc Zalov 
Oruc Zalov polis sıralarından xaric ediləndən təxminən iki il sonra, 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilib, 1995-1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət edib. Azərbaycan Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycandaxili işlər nazirinin müavini təyin olunub. Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilib. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb. 26 dekabr 1995-ci ildə "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Hazırda daxili işlər nazirinin müavinidir. 

Əsgər Ələkbərov 
Ə.Ələkbərov isə polis sıralarından xaric ediləndən cəmi bir il sonra yenidən köhnə peşəsinə qaytarılıb. O, 1993-1994-cü illərdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Qərargah rəisi, Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifələrində, 1994-2002-ci illərdə Daxili İşlər Nazirinin müavini - Kadrlar İdarəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 772 №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsinə təyin edilib. General-leytenant rütbəsinə qədər yüksələn Ə.Ələkbərov hazırda təqaüddədir.  
Vikepediya məlumatlarında generalların həyat yolu və xidmətləri haqda geniş məlumatlar yer alsa da, 1992-ci ildə polis sıralarından xaric edilməsi haqda qeyd göstərilməyib. 

Xəbər lenti

Digər xəbərlər