İlham Əliyevin medal verdiyi zabit dünyasını dəyişdi İlham Əliyevin medal verdiyi zabit dünyasını dəyişdi

İlham Əliyevin medal verdiyi zabit dünyasını dəyişdi
Загрузка...
Qarda-boranda erməni ilə döyüşdüm ki, belə aciz duruma düşüm? Bəlkə ayağım elə ondan şişib” 
Azərbaycan prezident İlham Əliyevin medal verdiyi zabitini itirdi. Criminal.az xəbər verir ki, Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etmiş zabit, mayor Ceyhun Salmanov dünyasını dəyişib.
C.Salmanov 2018-ci ilin mart ayında qasıq-limfa düyünlərinin şişməsi nəticəsində Mərkəzi Klinik Hospitalda əməliyyat olunmuşdu. Limfa düyündə anaplastik karsinoma metastası diaqnozu qoyulmuşdu. Bundan sonra 2018-ci il iyulun 1-də ordudan xəstəliyimlə əlaqədar təxris olunmuşdu. 

C.Salmanov ötən ilin aprelində Criminal.az vasitəsilə Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət edərək kömək istəmişdi. Bildirmişdi ki, ayağı tam şişib, yerimə qabliyyətini itirib. Müdaxilə olmazsa, bir müddət sonra yerişini tam itirəcəyini demişdi. Nazirliyin Tibb Baş İdarəsində Türkiyənin Gülhanə Hospitalına göndərilməyi üçün sənədlərini hazırlasa da, buna müvəffəq ola bilməmişdi. Dəfələrlə müdafiə naziri Zakir Həsənovun qəbuluna düşmək istəmişdi, cəhdi baş tutmadığından ailəsinin və yaxınlarının köməkliyi ilə Gülhanə Hospitalına getmişdi. Lakin orada da müalicəsi uğursuz olan zabit ötən gün dünyasını dəyişdi. 

Criminal.az saytına son müsahibəsindən sitat: "Bu gün qonşularım pul yığınb mənim müalicəmə vermək istəyir. Mən 23 il xidmət etdim ki, belə aciz duruma düşüm? Axı mən vətənimə sədaqətlə xidmət etmişəm. Medallarımın sayı-hesabı yoxdur. Dövlətimin müdafiəsində yaralanmışam. Prezident sinəmə "İgidliyə görə” medalı asıb. Başqa nə etməliyəm dövlətimə bundan artıq? 8 medalım var. Bəlkə generallarda bu qədər medal yoxdur. Son xidmət yerim Heydər Əliyev adına Ali Hərbi Məktəb olub. Qanunda da var ki, 20 ildən çox xidmət etmişəmsə, rütbəm mayor və ondan yuxarıdırsa tibbi təminat hüquna malikəm. Cənab Zakir Həsənova da müraciət etmişəm. Dedilər gözlə səni Gülhanəyə göndərəcəyik. Az yala bir ildir gözləyirəm ki, nə vaxt ölürəm. Niyə sözüm prezidentə, nazirə çatmır. Bunu kim gizlədir? Mən ölüb getdim, bəs məndən sonra gələn hərbiçilər? Qarda-boranda erməni ilə döyüşdüm ki, belə aciz duruma düşüm? Bəlkə ayağım elə ondan şişib”. 


Xəbər lenti