İlham Əliyevin medal verdiyi idmançı milli komandadan uzaqlaşdırıldı - "Onu boynumdan prezidentim asıb..." İlham Əliyevin medal verdiyi idmançı milli komandadan uzaqlaşdırıldı - İlham Əliyevin medal verdiyi idmançı milli komandadan uzaqlaşdırıldı -

İlham Əliyevin medal verdiyi idmançı milli komandadan uzaqlaşdırıldı -
Загрузка...
"Özləri inkişafdan danışırlar, mənim başıma isə oyun açırlar. Komandaya rus gətirərək məni kənara atdılar, maaşımı kəsiblər". Bu sözləri Criminal.az saytına Bakıda keçirilən 1-ci Avropa Oyunlarının bürünc mükafatçısı Sevinc Bunyadova deyib.
 
İdmançının sözlərinə görə, Azərbaycan Qılıcoynatma Federasiyasında haqsılıqlarla üzləşib: "Prezident məni Tərəqqi medalı ilə təqdim edib. İdman ustasıyam. Özləri inkişafdan danışırlar, mənim başıma isə oyun açırlar. iki il əvvəl Azərbaycanda qılıncoynatma dağılmaq üzrə idi. Vergilər naziri Mikayıl Cabbarov bizi öz öhdəsinə götürdü. Amma 2 aydır ki, başıma oyun açırlar. Bunu səbəbi baş katib Vasif Məmmədov, baş məşqçi Çingiz Mustafayevə qarşı çıxmağımdır. Komandaya rus gətirərək məni kənara atdılar. Respublika çempionatı olub və məni ordan da uzaqlaşdırıblar. Səbəb isə komandaya gətirilən legionerləri uda bilərdim. Həmin yarışda Çingiz müəllimin dostunun 11 yaşlı qızı da həmin yarışda iştirak etdi".
"Hazırda milli komanda Antalyada təlim-məşq toplanışındadırlar. Məni ora da aparmadılar ki, pul yoxdur. Ayrı vaxt inkişafdan danışırlar. Burdan Mikayıl müəllimə müraciət edirəm ki, səsimə səs versin. Əziyyətim yerdə qalmasın. Dəfələrlə demişəm prezidentə şikayət edəcəm, Çingiz Mustafayev deyir ki, kimə istəyirsən şikayət et. Mənim Bakı Oyunlarında qazandığım medalı tənqid ediblər. Mən o medalı məşqçim və əziyyətimlə qazanmışam. O medalı əziyyətimin nəticəsinə görə bayraq edirəm. Prezidentimin hər dəfə idmandan danışanda Bakı Avropa Oyunlarının adını çəkir. Heç kim medalımı aşağılaya bilməz, çünki bu medalı boydumdan prezidentim asıb. Əvvəl öz idmançımıza dəyər verin, sonra inkişafdan danışın. Mənim maaşımı kəsib deyirsiniz büdcədə pul yoxdur, budur sizin inkişaf? Almaniyadan məşqçi gətiriblər, o mənə deyir ki, səndən təcrübəli idmançı çıxmaz. Ona burdan deyirəm ki, səndən də məşqçi çıxmaz. Çünki tənbəlsən, işləmək istəmirsən. İki legioner gətirib arxanda gizlədirsən ki, guya sən nəticələr verirsən. Prezdentdən xahiş edirəm problemimə həll etsin. Bu haqsızlığın sonu olmalıdır".
Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Hakimov Criminal.az saytına bildirdi ki, S.Bunyadovanın dediklərində həqiqət yoxdur. Qurum rəsmisinin sözlərinə görə, idmançı nizam-intizam qaydalarını pozub, məşqçilər arasında xoşagəlməz hallar yaradıb: "Dəfələrlə bildirilib ki, hərəkətlərindən əl çək və buna əhəmiyyət qoymayıb. Məşqçilərlə normal ünsiyət yaratmaq tövsiyə olunub. İcrayyə komitəsinin qərarı ilə komandadan uzaqlaşdırılıb. Ona sentyabra kimi qadağa qoylub. Həm də Sevincin nəticələri aşağıdır. O dünya qılıncoynadanlarının reytinqində 189-cu yerdədir. Belə idmançı milli komadada olmalıdır? Nəticələri dünya və avropa çempionatlarında da zəif olub. Ona neçə dəfə şans verilib, dünya və avropa çempionatlarına aparılıb. Nəticə göstərməyib, müşqçiyə də nəticə verən idmançı lazımdır. Onun bacısı Sevil Bunyatovar yığma ilə yarışlara gedir. Burda hansı ayrı-seçkilikdən söhbət gedə bilər?"
K.Hakimov milli komandada yerli idmançıların sıxılşdırılıb legionerlərə üstünlük verilməsi iddiasını da əsassız hesab edib: "Bizim yığmada yerli idmançı Ruslan Həsənov, Cavanşir Ağakişiyev dünya üzrə 3-cü yeri tutub. Legioner cəlb edib yerli idmançıların sıxışdırılması da səhv iddiadır. Dünya praktikasında da legionerlərdən istifadə edilməsi geniş yayılmış praktikadır".
++++++
S.Bunyadova AQF-nın rəsmisinin onun dünya reytinq sıralamasında aşağı olmasına görə milli komandadan uzaqlaşdırılması ilə razılaşmır. İdmançı deyir ki, milli komandada dünya reytinqində 300-cü yerdən aşağıda qərarlaşmış idmançılar var:

"Mən bir neçə beynəlxalq yarışlarda iştirak etmədiyimə görə reytinqdə geriləmişəm. Amma həmin idmançılar yarışlara getsə də, aşağı reytinqə malikdirlər".
Загрузка...
Загрузка...

Xəbər lenti