İlginc oğurluqla bağlı baş prokurora müaciət olundu – digər oğru da tutulsun!

10 Fevral 2021, 10:15
10 Fevral
2021
10:15
261
Beyləqanda hər kəsin məlumatlı olduğu, qrup şəkilində törədilməsi şübhə doğurmayan ilginc oğurluq tam olaraq araşdırılmamış qalıb. Söhbət rayonun 1-ci Şahsevən kəndində "Mandarin LTD” MMC-nin ofisindən oğurlanan 89 min manatın oğurlanmasından gedir.
Külli miqdarda oğurluq faktı 2020-ci il dekabrın 12-də qeydə alınıb.
Şirkət rəsmiləri dekabrın 13-də oğurluq haqda biləndən dərhal sonra polisə məlumat verib. Polis tez bir zamanda oğruların izinə düşüb. Beyləqanın 1-ci Şahsevən kəndində yaşayan İlkin Nərimanov və Vaqif Pənahlı tutulublar. Üzə çıxıb ki, həmin gün Vaqif Pənahlı və İlkin Nərimanov ofis binasının mühafizəçisi Qüdrət Ərşad oğlu Əliyevin diqqətini yayındırmaq üçün plan qurublar. Plana görə İlkin Nərimanov araq, kolbasa və çörək alaraq mühafizəçinin yanına gəlib. Onunla birgə yeyib-içiblər.
İçki məclisi zamanı mühafizəçi Qüdrət Əliyev qarşısındakı monitorda kameralarla ofisə nəzarəti unudub. Həmin vaxt ofisə çox yaxşı bələd olan Vaqif Pənahlı 2-ci mərkəbədəki seyfi açaraq oradan 89 min manatı oğurlayıb. Bundan sonra oğurlanan məbləği İlkin Nərimanovla bölüşdürüblər.
Polisə oğurluq haqda müraciətdən sonra faktla bağlı Beylaqan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində CM-nin 177.3.2-ci (külli miqdarda oğurluq)maddəsi ilə 200310102 nömrəli cinayət işi başlanıb.
Polis İlkin Nərimanovun yaşadığı ünvana baxış keçirdi, döşəmənin altında selofan paketdə oğurlanan məbləğin bir qismini - 41 min manat və 1 680 ABŞ dolları maddi sübut kimi götürüb.
LTD rəhbərliyini baş prokuror Kamran Əliyevə şikayət etməyə məcbur edən isə İlkin Nərimanovun bu gün də azadlıqda gəzməsidir.
Vaqif Pənahlı həbsə alınsa da, onunla əlbir olan, oğurluğa birgə gələn, oğurlanmış pulların bir qismi evindən çıxan İlkin Nərimanovu bu günə qədər həbs etmirlər.
Ümumiyyətlə bu işdə əli olan digər şəxslərin də istintaqa cəlb olunmasından bilərəkdən yayınırlar.
LTD rəhbərliyi baş prokurora ünvanladığı şikayətdə oldqca ilginc məqamlar var.
Həmin şikayəti təqdim edirik:
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
surəti: Azərbaycan Respublikası DİN Təhqiqat və İstintaq İdarəsinin rəisi cənab Emin Usubova
"Mandarin LTD” MMC-nin icraçı direktoru Oqtay Seymur oğlu Kərimli tərəfindən
Hörmətli baş prokuror,
Mən, "Mandarin LTD” MMC-nin icraçı direktoru Oqtay Seymur oğlu Kərimli 13.12.2020-ci il tarixdə Beyləqan rayonu polis şöbəsinə ərizə ilə müraciət edərək, 12.12.2020-ci il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən, icraçı direktor vəzifəsində işlədiyim "Mandarin LTD" MMC-nin inzibati binasının xəzinəsindən 89. 000 (səksən doqquz min) manat məbləğində pul vəsaitini naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə bildirmişdim. Araşdırma zamanı hadisə yeri olan Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən "Mandarin Ltd" MMC-nin inzibati binasına baxış keçirilmiş və "Mandarin Ltd" MMC-nin inzibati binasınının 2-ci mərtəbəsində yerləşən dəmir seyfin qapısının sındırılaraq açıldığı müəyyən edilmişdir.
Toplanmış araşdırma materialından görünür ki, naməlum şəxslər tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 12 dekabr 2020-ci il tarixdə saat 22:50 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən "Mandarin Ltd" MMC-nin inzibati binasına qanunsuz olaraq daxil olmuş və "Mandarin Ltd" MMC-nin inzibati binasınının 2-ci mərtəbəsində yerləşən dəmir seyfin qapısının sındıraraq 89 000 (səksən doqquz) manat pulu gizli talamaqla oğurlamışdırlar.
Beylaqan Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi polis kapitanı Şamo Mehdi oğlu Mehdiyev faktla bağlı araşdırılma apararaq Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 200310102 nömrəli cinayət işi başlamışdır.
Cinayət hadisəsinin xronoloji addımlarından aydın olduğu kimi, bir qrup şəxs qabaqcadan əlbir olaraq törətmişdir.
Belə ki, planlı şəkildə Vaqif və İlkin "Mandarin Ltd" MMC-nin inzibati binasının Qüdrət adlı mühafizəçinin başını qatmaq üçün ona kolbasa və araq ərzaq alaraq əvvəlcədən düşünülmüş şəkildə onu spirtli içki ilə içirdərək sərxoşedəndən sonra cinayəti törətmişdirlər. Hadisə günü İlkin Nərimanovun cinayəti bilib xəbər verməməsi onu göstərir ki, onun niyyəti, davranışı, cinayətin obyektini özündə saxlaması, həmin şəxsin əməlində CM-nin 177.3.2.-ci maddəsinin tərkibinin əlamətləri mövcuddur.
Faktiki olaraq oğurlanmış əmlaka sərəncam verib və pulumun tam yarı hissəsini ələ keçirtmişdir. Cinayətin həyata keçirilməsini təmin etmək məqsədi ilə, maneələri aradan qaldırmaqla, yəni mühafizəçinin başını qatmaqla onun müqavimətini sındırmağı şəxsən icra etmişdir. Yəni İlkinin əməli CM-nin 32-ci maddəsində göstərilən iştrakçılıq hallarını tam əhatə etməsinə baxmayaraq qanusuz olaraq onun əməlinin ictimai təhlükəliliyi azaldılaraq CM-nin 194-cü maddəsinə tövsif edilmişdir.
İlkin Nərimanovun əməlində 177.3.2.-ci maddəsinin əlamətlərinin olmasını istisna edən hallar yoxdur. Təqsirləndirilən şəxslərin hər ikisinin əməli qrup şəkilində (CM-nin ümumi hissəsinin 32-ci maddəsinə bax) törətməsinə dəlalət edən kifayət qədər məlumatlar cinayət hadisəsinin üstü açılan kimi bəlli olmasına baxmayaraq prosessual rəhbərliyi həyata keçirdən şəxslərin hərəkətsizliyi nə nəzarətsizliyinə görə cinayət məsuliyyətindən yayındırmağa nail olunmuşdur.
Qeyd edim ki, mənə vurulan zərər polislərin peşəkarlığı nəticəsində qismən aradan qaldırılsa belə, istintaqın verdiyi məlumatların tam dəqiq olmamasının, mənim ələ keçirilmiş əmlakımın bir qisminin qaytarılması zamanı aydın olmuşdur.
Hesab edirəm ki, hər iki təqsirləndirirlən şəxslərin əməlində CM-nin 177.2.1.-ci. ,177.3.2.-ci maddələrinin əlamətləri vardır.
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenum qərarının 11-ci bəndinə əsasən, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir.
Göstərilən qərardan da göründüyü kimi İlkin Nərimanov mühazifəçini sərxoş edib onun başını qataraq cinayəti bilavasitə törədən şəxsə olan maneəni aradan qaldırmışdır və buna görə də onun əməlində Cinayət Məcəlləsinin 32-ci maddəsinin əlamətləri vardır.
Qeyd edim ki, 22 dekabr 2020-ci il tarixdə, saat 13:58:23 də Mərkəzi şöbə tərəfindən hər gün olduğu kimi, "Mandarin LTD” MMC-nin xəzinədarı Niyammədin Süleymanov və mən Oqtay Seymur oğlu Kərimli aramızda təhvil təslim işləri görülür və günün sonunda hər ikimiz xəzinədə olan vəsaitlərin hesabatına dair imzalar atırıq. Həmin günü 8 (səkkiz) səhifədən ibarət xəzinənin hesabatı - hərəkət raportu hazırlandı 89 min 160 manat məbləğində pul vəsaitinin xəzinəyə mədaxil olmasına dair hər ikimız tərəfindən imza edildi "Mandarin LTD” MMC-nin möhürü ilə təsdiq etdim.
Belə ki, aydın olduğu kimi, cinayət hadisəsi zamanı seyfdən gedən məbləği şübhə altına alınırsa bu hallar dəqiqləşdirirlməlidir. Bütün maliyyə göstəriciləri vergi orqanına verilən hesabatla tam uyğundur.
Beylaqan Rayon Məhkəməsinin 4(020)-72/2020 saylı, 15 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Vaqif Xudaverdi oğlu Pənahlı barəsində həbs etmənin əvvəli 13 dekabr 2020-ci il tarixdən hesablanaraq 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
Digər şəxsin guya talama-oğurluq niyyətinin olmaması müəyyən edilmişdir. Lakin mühafizəçinin zərərsizləşdirən və onun başını qatan, inzibati binaya girmək üçün maneələrin aradan qaldırılmasında bilavasitə iştirak edən (CM-nin 32-ci mad. Bax) şəxs barəsində həbs qətimkan tətbiri seçilmir, üstəlik sifarişlə Ramil Məhəmmədov adlı şəxs bu cinayətlə bağlı həqiqətə uyuğun olmayan məlumatları yaymaqla zərərdən imtina edilməsinə məcbur edilir. Həmin saytın məlumatları, istintaqın sirlərini yaymaqla yanaşı şantaj xarakterli fəaliyyətlə məşğul olur, bu hallar aidiyyəti qurumlar tərəfindən dəqiqləşdirilməsi üçüngöndərilməlidir.
Belə olan halda hesab edirəm ki, hazırki cinayət işi nəzarətə götürülməli və cinayət işinin obyektiv və hərtərəfli araşdırlmasının təmin edilməsi üçün Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsindən alınaraq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə verilməlidir.
Hörmətli baş prokuror,
Yuxarıda qeyd olunanaları nəzərə alaraq Sizdən xahiş edirəm:
Cinayət işini nəzarətə götürülməsinə və cinayət işinin obyektiv və hərtərəfli araşdırlmasının təmin edilməsi üçün Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsindən alınaraq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə verilməsi ilə baglı göstəriş verəsiniz.
Xəbər lenti
-
07:16Nazim İbrahimovun qardaşı yenidən həbs edildi
-
07:12Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir
-
07:08Hərbi prokuror "Tərtər İşi” işgəncələrindən danışdı: "Danışılanlar nağıldır..."
-
06:58Vəkil: "Hüseyn Abdullayevin bağırsağından qan açılıb"
-
13:06Aclıq aksiyası keçirən ahılların səhhəti pisləşib
-
12:38Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
20:47Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər
-
16:57Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu
-
16:55“Yoldan torba tapdı”, içindən zəhər çıxdı
-
16:50“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
16:46Sumqayıtlı Mübarizin “Kursovka”sı yayıldı – Nazir olan korpusun pradolundakı balandyor da bahalı siqaret çəkməlidir
-
03:47Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
03:44Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi
-
03:41“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
23:38Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"
-
21:56İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
21:51“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
-
21:47Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi
-
21:395 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər
-
11:38"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
11:27Koronavirusdan həm bacısını, həm də qardaşını itirdi
-
11:22“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır
-
11:15Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB
-
11:10Ermənistanda rus generalın qızının meyiti tapıldı
-
11:09Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi
-
11:08Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
-
06:18“Abu İbrahim Dağıstani” ilə birlikdə həbs edilən Elçin Qasımova cəza kəsildi
-
20:41Baş prokuror itkin düşənlərlə bağlı işi xüsusi nəzarətə götürdü
-
17:14Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb
-
17:10Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi
-
22:23“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilindi
-
19:17"İdeal"ın keçmiş sahibi HƏBS OLUNDU
-
14:54İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb
-
14:21Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?
-
12:44Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladı
-
11:01Əhməd Əhmədzadəyə yeni vəzifə verildi
-
10:59Dünən həbs olunan generalların törətdiyi əməllər açıqlandı
-
10:53“AXCP üzvünə qarşı yalan ifadə vermədiyinə görə həyatını məhv edirlər”
-
10:5144 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi düşmən hədəfləri
-
00:01AMEA-dakı pozuntularla bağlı cinayət işi açıldı
18 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021
08 Aprel 2021
07 Aprel 2021
06 Aprel 2021
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
Manşet, Cəmiyyət
Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
Manşet, Cəmiyyət
"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
Manşet, Cəmiyyət
Əhməd Əhmədzadə vəzifəsindən azad edildi
-
Manşet, Cəmiyyət
“Birinci uşağa görə dövlət “uşaqpulu” verməməlidir”
-
Manşet, Cəmiyyət
Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından çıxmaq üçün müraciət etdi
-
Manşet, Cəmiyyət
“Saleh Rüstəmliyə qarşı təxribat hazırlanır, ailə üzvləri ilə hədələnir”
-
Manşet, Cəmiyyət
Koronavirusun Britaniya ştammı nədir, nə qədər təhlükəlidir və özünü necə qorumalı?
-
Manşet, Cəmiyyət
Prezident sabiq icra başçısının oğlunun qatilini əfv etdi