İkram Rəhimov məhkəmədə dövlət başçısının köməkçisinin sifarişi ilə həbs edildiyini təkrar edib İkram Rəhimov məhkəmədə dövlət başçısının köməkçisinin sifarişi ilə həbs edildiyini təkrar edib

İkram Rəhimov məhkəmədə dövlət başçısının köməkçisinin sifarişi ilə həbs edildiyini təkrar edib
Загрузка...
 Bakı Apellyasiya Məhkəməsində çərşənbə günü realliq.info saytının redaktoru İkram Rəhimovun işi üzrə proses davam edib. İclas başlamazdan əvvəl o, Turan-ın müxbirinə bildirib ki, 22 gündür aclıq edir və vəziyyəti kritikdir. Rəhimov daimi həkim müşahidəsi altında olduğunu və prosesdə iştirak edə bilməsi üçün iclasdan əvvəl ona iynə vurulduğunu bildirib. Rəhimov həddindən artıq zəif görünürdü. İclasda həmçinin Apellyasiya Məhkəməsi sədrinin Rəhimovun hakim heyətinə etirazını təmin etmədiyi elan edilib.
Vəkil Elçin Sadıqov təkrar məhkəmə istintaqı keçirilməsi barədə vəsatət qaldırıb, belə ki, birinci instansiya məhkəməsində bütün zərərçəkmişlərin ifadələri saxtalaşdırılıb. O, həmçinin qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb, belə ki, Rəhimov 22 günlük aclıqdan sonra çox zəifləyib və həbs şəraitində sağlamlığını bərpa edə bilməz. Rəhimov özü vəziyyəti haqqında danışmaq istədikdə hakim onun sözünü kəsib və deyib: "Mən hakiməm, həkim deyiləm".
Məhkəmə müşavirəyə getdikdə Rəhimov bəyanat verib. O, təkrar edib ki, prezidentin köməkçisi Əli Həsənovun sifarişi ilə həbs edilib. Həsənovun ünvanına tənqidi nəşrlərdən sonra Mətbuat Şurası misli görünməmiş addım ataraq, Baş Prokurorluğa və DTX-yə onu cəzalandırmaq çağırışı ilə müraciət edib.
O qeyd edib ki, ədalət bərpa olunana qədər aclığı davam etdirəcək, ya da öləcək. Müşavirədən sonra məhkəmə yalnız xəstəliyi ilə əlaqədar birinci instansiya məhkəməsinə ifadə verməyən bir zərərçəkmişin dindiriləcəyini elan edib. Digər vəsatətlər təmin edilməyib, növbəti iclas sentyabrın 18-nə təyin edilib.
 Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib. İyununun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsində verdikləri ifadələr saxtalaşdırıldığına görə şahidlərin və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb. Vəkil eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib. Etiraz əlaməti olaraq Rəhimov aclığa başlayıb. Avqustun 21-də o, hakim heyətinə etiraz edib və dinləmələr ayın 28-nə təxirə salınıb.
Загрузка...
Загрузка...

Xəbər lenti