İkinci qrup əlil: Məni aldadıb işdən çıxarıblar

06 Oktyabr 2021, 20:08
06 Oktyabr
2021
20:08
950
"İşlədiyim son ayın maaşı karta yüklənmir”
"Əlilliyə görə təqaüd alıram, başqa gəlir yerim yoxdur, azyaşlı övladıma görə 110 manat aliment ödəyirəm, qalmağa yerim də yoxdur. Onsuz da əli yerdən, göydən üzülən bir əlili üstəlik aldadaraq işsiz də qoyublar”.
Bunu Meydan TV-yə Mingəçevir sakini Teymur Hümbətov deyir.
O, 4 il Mingəcevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində zibil yükləyən fəhlə işləyib. İdarə rəhbərliyi ona sonradan başqa işlə təmin olunacağını vəd edərək işdən çıxmaq barədə ərizə yazdırıb. Ancaq ərizəsini yazdıqdan sonra ona DOST İş Mərkəziylə müqavilə bağlamağı və müvəqqəti olaraq nəzarətçi işləməyi məsləhət görüblər.
"Dedilər, hələlik DOST-la müqavilə bağla...”
"Məni aldatdılar ki, idarədən işdən çıxmaqla bağlı könüllü ərizə yaz, əmrini verək, səni işdən çıxaraq, sonra sənə idarədə başqa iş verək. Təklif etdikləri başqa iş sahə rəisi vəzifəsiydi. Mən də illərlə bir yerdə işlədiyim bu adamlara inandım, işdən çıxmaq haqqında ərizə yazdım. Ərizəmi təqdim edəndən sonra bildirdilər ki, Mingəçevir Şəhər İcra Hakimiyyətində hazırda dislakasiya bölgüsü aparılır, hələlik səni idarəyə qaytara bilmirik.
Təklif etdilər ki, DOST İş Mərkəziylə müqavilə bağlayıb elə bu idarənin tərkibində müvəqqəti nəzarətçi işləyim, qısa müddətdən sonra məni idarəyə ştata qaytarıb sahə rəisi vəzifəsinə təyin edəcəklər”, - şikayətçi deyir.
Teymur Hümbətov razılaşıb. DOST İş Mərkəziylə müqavilə bağladıqdan sonra 3 il nəzarətçi işləyib. Ancaq maaşın azlığına görə əvvəlki iş yerinə qayıtmaq istəyib. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəhbərliyindən xahiş edib ki, onu ya əvvəlki işinə, ya da vəd etdikləri sahə rəisi vəzifəsinə qaytarsınlar, həm də ştatlı işçi kimi...
"Rəis müavini məni ikinci dəfə aldatdı”
"Əvvəllər idarədə zibil yükləyən işləyəndə maaşım da 300 manat idi. DOST İş Mərkəziylə müqavilə bağlayandan sonra Heydər Əliyev prospektində işləyən fəhlələrə nəzarət edirdim, 236 manat maaş alırdım. Bu ilin avqustunda idarənin rəis müavini Tahir Abdullayevlə mübahisəm düşdü, çünki aldadaraq məni həm idarədəki iş ştatından məhrum etmişdi, həm də DOST MMC-nin verdiyi maaş əvvəlki ştatlı işçi kimi aldığım maaşdan 70 manat az idi. İki ay əvvəl idarə rəis müaviniylə işə qaytarmaq mövzusunda mübahisəm yarananda təklif etdi ki, DOST İş Mərkəzinin rəhbərinin adına ərizə yaz, işdən çıx, gəl, səni sahə rəisi işinə götürürəm. DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılovun adına işdən çıxmaq haqqında ərizə yazdım. Beləcə, ikinci dəfə işsiz qaldım, çünki indi idarənin müdir müavini Tahir Abdullayev məni idarəyə yaxın buraxmır”.
"Aliment ödəyicisiyəm, özümünsə qalmağa yerim yoxdur”
Teymur Hümbətov deyir, əlilliyi, üstəlik, 6 yaşlı oğluna görə aliment ödəyicisi olması, qalmağa yerinin olmaması, yataqxanada bir uçuq-sökük otağa sığınması onu çətin duruma salıb:
"Dövlət əlili işlə təmin etməlidir, bunlarsa əlilin başını tovlayıb işsiz qoyurlar. İşlədiyim son ayın maaşı karta yüklənmir, üstəlik, 3 ildə cəmi bir dəfə məzuniyyətdən istifadə etmişəm, iki məzuniyyətin pulu da ödənilməlidir, ödəmirlər”.
Mingəcevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən Meydan TV-yə bildirilib ki, Teymur Hümbətov 3 il əvvəl öz ərizəsiylə könüllü işdən çıxıb. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İş Mərkəziylə müqavilə bağlayaraq nəzarətçi kimi işlə təmin olunub. Bu ilin sentyabrında öz ərizəsiylə o işindən də ayrılıb. İdarədən Teymur Hümbətova hər hansı başqa işlə bağlı vəd verilməsi ilə bağlı deyilənləri cəfəngiyyat adlandırıblar. Bildiriblər ki, hazırda idarədə boş işçi ştatı yoxdur:
"Əgər Teymur Hümbətov iş axtarırsa, əvvəlki qaydada müvafiq sənədlərini yenidən DOST İş Mərkəzinə təqdim edə bilər”.
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
Manşet, Foto, Cəmiyyət
“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
Manşet, Cəmiyyət
Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
Manşet, Cəmiyyət
"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
Manşet, Cəmiyyət
Bakıya yeni prokuror təyin edildi
-
Manşet, Foto, Cəmiyyət
Prezident XTQ-nin hərbi hissəsində
-
Manşet, Foto, Cəmiyyət
“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
Manşet, Cəmiyyət
Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
Manşet, Cəmiyyət
Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı