İki hərbçimiz şəhid oldu

İki hərbçimiz şəhid oldu
Загрузка...
 5 əsgərin yaralandığı bildirilir
Tovuz istiqamətində edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri iki əsgərini itirib, 5 nəfər yaralanıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, Ermənistan silahlı qüvvələri artilleriya atəşlərindən istifadə edir. "Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib”.
Müdafiə Nazirliyi bildirib ki, görülən adekvat tədbirlər nəticəsində qarşı tərəfə zərbə endirilib: "O, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb”.
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfinin atəşkəsi pozduğunu, itkilər verərək geri çəkildiyini deyir. Ermənistan tərəf itki vermədiyini bildirib.

Xəbər lenti