İki həftə sərt karantin rejimi tətbiq olunacaq

İki həftə sərt karantin rejimi tətbiq olunacaq
Загрузка...
Həmin dövrdə ticarət obyektləri, ictimai iaşə xidmətləri, bərbərxanalar, gözəllik salonları, muzeylər, sərgi salonları fəaliyyətini dayandıracaq Azərbaycanda karantin rejimi avqustun 1-dək uzadılıb. Eyni zamanda, 21 iyun -5 iyul tarixlərində ciddi karantin şərtləri tətbiq ediləcək. Bu barədə iyunun 18-də Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə məlumat verilib.
Tədbirin aparıcısı XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, göstərilən tarixdə Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Cəlilabad, Yevlax və Abşeron rayonu üzrə xüsusi məhdudiyyətlər tətbiq olunacaq: "İlk növbədə SMS xəbərdarlıq və xüsusi icazə əsasında evdən çıxma qərara alınıb. Həmin dövrdə ticarət obyektləri, ictimai iaşə xidmətləri, bərbərxanalar, gözəllik salonları, muzeylər, sərgi salonları fəaliyyətini dayandıracaq. İyunun 1-dən olan bəzi məhdudiyyətlər də bu zaman çərçivəsində saxlanılır, yəni rayonlararası və şəhərlərarası nəqliyyat, tibbi xidmətlər istisna olmaqla idman-sağlamlıq xidmətləri, kinoteatrlar, hotellər bu sıraya daxildir. 65 yaş və daha yuxarı yaş qrupunda olan insanlara tövsiyə edirik ki, mümkün qədər ictimai yerlərdə olmasınlar. Bir daha deyirəm, evdən çıxma deyə qadağa yoxdur, sadəcə, tövsiyəmiz var”.
Leyla Abdullayeva Bakı Metropoliteninin bu dövrdə işləyəcəyini deyib. Leyla Abdullayevanın sözlərinə görə, qərarla bağlı ətraflı açıqlama iyunun 19-da veriləcək.

Xəbər lenti