İki bacının qətlində iyrənc fakt - 4 il qardaşları tərəfindən... İki bacının qətlində iyrənc fakt - 4 il qardaşları tərəfindən...

İki bacının qətlində iyrənc fakt - 4 il qardaşları tərəfindən...
Загрузка...
Türkiyənin Afyonkarahisar rayonunun Çayüstü kəndində iki bacı - 20 yaşlı Aysel Şahin və 16 yaşlı Xədicə Şahin evlərində başlarından vurulmuş halda tapılıblar. "Qafqazinfo” "Posta”yaistinadən xəbər verir ki, hadisədən sonra qızların atası, anası və 4 qardaşı polis idarəsində ifadə verib.
Evin böyük oğlu 21 yaşlı Bayram Şahin ifadəsi zamanı iyrənc əməllərini etiraf edib. Belə ki, o, 2015-ci ildən etibarən bacılarını cinsi istismara məruz qoyduğunu boynuna alıb. Məlumata görə, Aysel və Xədicə başlarına gətirilən çirkin əməli 4 il valideynlərindən gizlədiblər. Bu yaxınlarda isə bu barədə ata-analarına dedikləri üçün Bayram Şahin onları qətlə yetirib.
Axtarışlar nəticəsində cinayətdə istifadə edilən silah hadisə yerindən 700 metr aralıda toprağa basdırılmış halda tapılıb. Bacılar ekspertizadan keçirildikdən sonra Ayselin 5 aylıq hamilə olduğu üzə çıxıb. Faktla bağlı araşdırmalar davam etdirilir.




Загрузка...
Загрузка...

Xəbər lenti