II kurs tələbəsi qəzada öldü II kurs tələbəsi qəzada öldü

II kurs tələbəsi qəzada öldü
Загрузка...
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi yol qəzasında vəfat edib. "Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 24-də saat 23 radələrində Səbail rayonu ərazisində baş verib. Bakı şəhər sakini Anar Musayev idarə etdiyi "Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub. O, idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin idarə etdiyi "VAZ-2109” markalı avtomobilə dəyib.
Nəticədə A.Musayev hadisə yerində ölüb. Mərhum Anar Musayev sözügedən universitetin İnşaat fakültəsinin II kurs tələbəsi olub. Səbail RPİ tərəfindən araşdırma aparılır.
Vəfat edən tələbənin fotosunu Azərbaycan Universitetləri səhifəsi paylaşıb:


Загрузка...
Загрузка...

Xəbər lenti