İcra başçısının adı hallandırılan cinayət işi ilə bağlı prezidentə AÇIQ MƏKTUB

İcra başçısının adı hallandırılan cinayət işi ilə bağlı prezidentə AÇIQ MƏKTUB
Загрузка...
Məhkəmə hökmü ilə ümidləri məhv olan 75 zərərçəıkmiş ölkə başçısından kömək istəyir. İbtidai istintaqı Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan və məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən başa çatmış cinayət işi üzrə 75 zərərçəkən prezident İlham Əliyevə açıq məktub yazıb.
Criminal.az-a daxil məktubda deyilir: "Hörmətli prezident, 03 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanınız Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin müstəqilliyini təmin etməklə məhkəmələrin fəaliyyətinə müdaxilələrin qarşısını almış, şəffaflığı artırmış, məhkəmə icraatının effektivliyini yüksəltmişdir. Bütün bu göstərilənlərə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyanı «qanun», korrupsioneri isə «ədalətli» hökmdar» etdiyi – Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və onun birinci müavini Şahmar İbadovun mütəşəkkil korrupsiyasına himayədarlıq edildiyi və məqsədli şəkildə onların cinayətləri ümumiyyətlə, istintaqdan gizlədildiyi, bəzi hallarda isə bu cinayətlərə qiymət verilmədiyi, əvəzində isə sifarişlə 3 nəfərin Cinayət Məcəlləsinin dələduzluq və vəzifə saxtakarlığı (178.3.2 və 313-cü) maddələrilə təqsirləndirilən cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinin Kollegiyası tərəfindən (sədrlik edən hakim Novruz Kərimov) ləğv edilməsi və prokurorluq orqanları tərəfindən yeni cinayət işinin açılması üçün mövcud cinayətin aşağıda göstərilən məzmununun, obyektinin və subyektlərinin düzgün müəyyənləşdirilməsi bariz nümunədir.
Bununla da adı çəkilən Məhkəmə Kollegiyası fəaliyyətində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Konstitusiyasının təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə riayət edildiyini göstərib.
CİNAYƏTİN MƏZMUNU
Məktubda qeyd olunur ki, sosial vəziyyətləri çətin olan 220-dən çox ailə 7 ildir ki, Bakı şəhəri Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və onun birinci müavini Şahmar İbadovun mütəşəkkil korrupsiya, dələduzluq və quldurluq əməllərinin məngənəsində boğulur və acınacaqlı həyat tərzinə düçar olunub. Bu ailələr ev vermək adı ilə sərfəli vədlərlə aldadılaraq, onların dövlət layihələrinə uyğun olaraq sökülmüş evlərinə görə aldıqları konpensasiyalarını, kiçik evlərini və torpaq sahələrii satdırıb, banklardan kredit götüzdürüb, qohum-əqrabadan borc pul aldırtdırıb və cəmi 12.500.000 manatdan çox pullarını mənimsənilib.
CİNAYƏTİN OBYEKTİ VƏ SUBYEKTLƏRİ
Zərərçəkmişlər yazır: "Baş vermiş cinayət hadisəsi yüksək təşkilatlanmış, sabit tərkibli, cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi kimi əlamətlərə xas olan aşağıdakı mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilib. Belə ki, cinayətin təşkilatçısı olan, mütəşəkkil cinayətkar qrupa rəhbərlik edən, zərərçəkmiş şəxslərin aldadılmasında istifadə edilən qanunsuz sərəncamları qəbul edən Abidin Fərzəliyev, mütəşəkkil cinayətkar qrupun iyerarxiya üzrə üzvləri olan və zərərçəkmiş şəxslərin aldadılmasında istifadə edilən qanunsuz sərəncamların hazırlanmasına məsul olan və hazırlanmasında birbaşa iştirak edən səlahiyyətli dövlət məmurları – birinci müavin Şahmar İbadov, Hüquq şöbəsinin müdiri Firdovsi Calalov, Sənədlərlə və vətəndaşların müraciətləri üzrə iş şöbəsinin müdiri Əli Həsənov, eyni zamanda Bakı ŞİH-in aparatının sabiq rəhbəri Rasim Quliyev, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti adından tərtib edilmiş saxta razılıq məktubları əsasında bizləri qanunsuz olaraq cəmiyyətion yataqxanasına qeydiyyata alımış Nərimanov RPİ-in məsul vəzifəli şəxsləri, Nərimanov RİH-in sərəncamlarının özgəninkiləşdirilməsinə şərait yaradan və başqa şəxslərə satılmasında iştirak edən notariuslar, bizlərdən birbaşa pulların alınmasının təşkilatçısı, birbaşa pulların alınmasında iştirak edən və təhrikçi olan Natiq Məmmədov adlı şəxs və onun 10 nəfərdən çox "makler”ləri və s. mülkiyyətdən insan və vətəndaş hüquqları, azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə "PİRAMİDA” formasında mütəşəkkil birləşərək, dövlət məmurları statuslarından, təmsil etdikləri orqanların statuslarından, vəzifə səlahiyyətlərindən, həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan, vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından məharətlə istifadə etməklə törədiblər.
Bu islahata qədər hakimlər çox vaxt prokurorluq orqanlarından qarşılarına gələn ittiham aktının tövsifini dəyişdirməyi cəsarət etmirdilər. Hal-hazırda isə adı çəkilən islahat ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmaqla cəmiyyətdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına və məhkəmələrə etimadın möhkəmləndirilməsinə dayanıqlı zəmin yaradıb. Ümid edirik ki, prokurorluq oranlarında da hal-hazırki məhkəmə-hüquq sisteminin islahatına uyğun cinayətkarlara himayədarlıq edilməklə sifarişlə cinayət işlərinin açılmasına, məhkəmələrdə belə dövlət ittihamlarının müdafiəsinə və protest verilməsinə son qoyulacaq, prokurorluq orqanlarının da cəmiyryətdə roluna yenidən baxılacaq, onların fəaliyyətləri beynəlxalq normalara və demokratik institutların tələblərinə uyğunlaşdırılacaq".
Загрузка...
Загрузка...

Xəbər lenti