İcra başçısı rüşvəti evində alıb İcra başçısı rüşvəti evində alıb

İcra başçısı rüşvəti evində alıb
 İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən keçmiş icra başçısı Vilyam Hacıyev rüşvəti evində alırmış. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi açıqlamada məlumat verilib. Vilyam Hacıyev ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırıb, bunun üçün alınan pul vəsaitlərini isə özünün yaşadığı evində qəbul edib. Bütün bu proses onun evində olan kamera ilə qeydə alınıb.
DTX-nin yaydığı videodan görünür ki, V.Hacıyev işçisindən pulları bir-bir alır, daha sonra "gözlə, buradan 3 min sənə verim” deyir. Vilham Hacıyevə rüşvət verənlərin içərisində "Azərişıq”ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Canəhməd Əhmədov da var. C.Əhmədov istinaqa ifadəsində bildirib ki, sosial məişət şəraiti aşağı olan şəxslər üçün tikilən binadan mənzil verilməsinə görə rüşvət verib:
"Mənə ikiotaqlı mənzilin verilməsinə görə razılıq verildi. Sonra mənə bildirildi ki, Cəmillə (baş mühasib) əlaqə saxlayım. Beş ay ərzində Cəmilə 10 min manat ödədim”.

Xəbər lenti