"İcra başçısı balalarımı atasız qoyub" - Dəlixanaya atılan dindarın xanımı

Загрузка...
Həyat yoldaşı dəlixanaya salınan qadın fəryad qoparır. Qazax rayonunda bir neçə gün əvvəl rayon İcra Hakimiyyətinin başçısı Rəcəb babaşov tərəfindən Ruhi Əsəb Xəstəxanasına salınan Mircəfər Hüseynzadənin xanımı Criminal.az-a videomürüciət göndərərək bildirib ki, icra başçısı onun balalarını atasız qoyub.
Xatırladaq ki, M.Hüseynzadənin ruhi-əsəb xəstəxanasına salınması barədə Criminal.az saytına dindarın anası Səkinə Cəfərli məlumat vermişdi. 
Artıq 10 gündür xəstəxanada saxlanılan M.Hüseynzadə saytımıza bildirib ki, heç bir ruhi-əsəb xəstəliyi yoxdur: "Xəstəxanada sadəcə girov kimi saxlanılıram. Dəliyəmsə rəy göstərsinlər, müalicə etsinlər. Heç bir dərman verilmir. Sadəcə təkadamlıq palatada saxlanılıram". 
İcra başçısının köməkşisi Əmin Abıyev Criminal.az saytına açıqlamasında bildirdi ki, M.Hüseynzadə haqda məlumatsıdır. Onun sözlərinə görə, bu haqda xəstəxanadan məlumat almaq lazımdır. 
İcra başçısına qarşı səsləndirilən ittihamlara gəlincə köməkçi bildirdi ki, hər vətəndaşın fikrinə R.Babaşov cavab verməli deyil. Lazım gələrsə, icra hakimiyyətinin saytında məlumat yerləşdirilə bilər.    
Загрузка...
Загрузка...

Xəbər lenti