İcra başçısı bahalı avtomobil alıb? - ƏLAVƏ OLUNUB İcra başçısı bahalı avtomobil alıb? - ƏLAVƏ OLUNUB

İcra başçısı bahalı avtomobil alıb? - ƏLAVƏ OLUNUB
Загрузка...
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov özünə dəyəri 250 min manat olan avtomobil alıb. Milli Fədailər Hərəkatının rəhbəri Fuad Muradovun Criminal.az-a verdiyi məlumata görə, R.Babaşovun aldığı 99 FF 099 dövlət nömrə nişanlı "Rang Rover” markalı avtomobil öz adınadır. Buna görə də, maşını R.Babaşov özü idarə edir.
Qeyd edək ki, Azərbaycanda icra başçılarının vəzifə maaşları 1500-1925 manat arasında dəyişir.
F.Muradov icra başçısının yeni avtomobili ilə olan fotolarını da paylaşıb.
Məsələ ilə bağlı icra başçısının mövqeyini öyrənmək mümkün olmadı. 
+++++++
Moderator.az-ın əməkdaşı yayılmış xəbərlərə aydınlıq gətirilməsi üçün Qazax rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, yayılan xəbər həqiqəti əks etdirmir və bu, Rəcəb Babaşovun rayonda gördüyü geniş miqyaslı abadlıq-quruculuq işlərinə kölgə salmaq niyyəti güdən bədxahların sifarişidir. Bildirildi ki, ölkə başçısının regiona səfəri öncəsi belə bir dezinformasiyanın tirajlanması və mediaya ötürülməsi təsadüf deyil və könül bulandırmağa hesablanıb. İcra hakimiyyətindən bildirildi ki, Rəcəb Babaşovun sərəncamında olan minik vasitəsi dövlət tərəfindən verilən xidməti avtomobildir və onun da buraxılış ili heç də yeni deyil.


Загрузка...
Загрузка...

Xəbər lenti