“Hyundai”la AAYDA-nın əməkdaşını vurub öldürdü “Hyundai”la AAYDA-nın əməkdaşını vurub öldürdü

“Hyundai”la AAYDA-nın əməkdaşını vurub öldürdü
Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb. APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. Belə ki, Nurlan Hüseynov idarə etdiyi "Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünü yuyan AAYDA-nın əməkdaşı Nizami Məmmədovu vurub.
Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan "İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb. Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nın əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. 



Xəbər lenti