Hüsnü Mübarək vəfat etdi

Hüsnü Mübarək vəfat etdi
Загрузка...
Misirin sabiq Prezidenti Hüsnü Mübarək dünyasını dəyişib. "İzvestiya” nəşrinin məlumatına görə, o, 92 yaşında Qahirədə Əl-Qaala hərbi hospitalında vəfat edib. Keçmiş rəhbərin ölümünə səbəb uzun sürən xəstəlik olub.
Bu məqamda bildirək ki, KİV-də illər öncə də Hüsnü Mübarəkin öldüyünə dair məlumat yayılsa da, xəbər rəsmi təsdiqini tapmamışdı.
Xatırladaq ki, Mübarək 30 il - 1981-ci ildən 2011-ci ilə qədər Misirin Prezidenti olub. Əhalinin kütləvi etirazlarından sonra istefa verib.

Xəbər lenti