Hüseyn Məlik ad günündə həbs cəzası aldı

Hüseyn Məlik ad günündə həbs cəzası aldı
Загрузка...
ADR Hərəkatının üzvü polisə tabe olmamaqda təqsirli bilinir
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü Hüseyn Məlikova 15 sutka inzibati həbs cəzası verilib. Sentyabrın 11-də Səbail Rayon Məhkəməsində onun haqqında qərar çıxarılıb. H.Məlik İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsilə təqsirli bilinib. Amma ADR Hərəkatından Meydan TV-yə bildirilib ki, polisə müqavimət ittihamı saxtadır. Çünki H.Məlikov sentyabrın 10-da evindən Səbail rayonu, 41-ci polis bölməsinə aparılıb, qapısına gələnlərə də heç bir müqavimət göstərməyib.
Gecəni bölmədə saxlandıqdan sonra sentyabrın 11-də məhkəmə qarşısına çıxarılıb. Hərəkatdan onu da qeyd ediblər ki, sentyabrın 10-da H.Məlikovun doğum günü olub. Yəni o, doğum günündə həbs edilib. Mənsub olduğu siyasi təşkilat onun həbsini "Facebook” hesabında hakimiyyəti sərt tənqid etməsilə əlaqələndirir.
Daxili İşlər Nazirliyi isə bu barədə deyilənləri təkzib edir. Siyasi fəalların fikirlərinə görə yox, konkret qanun pozuntularına görə cəzalandırıldığını iddia edir.

Xəbər lenti