Hüseyn Abdullayevin şirkətində 1 milyon 374 min manat mənimsənilib

Hüseyn Abdullayevin şirkətində 1 milyon 374 min manat mənimsənilib
Загрузка...

min manat mənimsənilib

Bakı Hərbi Məhkəməsində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, Hüseynovlarla birgə məhkəmə qarşısına çıxarılan daha 7 nəfərin arasında sərhədçilər də var. Dövlət Sərhəd Xidmətinin əməkdaşları hərbçi statusundadır.

Qeyd edək ki, məhkəmə prosesi açıq keçirilsə də, mətbuat nümayəndələri zala buraxılmayıb. Əldə etdiyimiz məlumata görə, məhkəmədə öncə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin heç biri elan olunmuş ittihamla özlərini təqsirli bilməyib.

İttihamda yazılıb ki, Z.Abdullayeva bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdıb. Cinayət məsuliyyətinə cəlb olunanlar arasında sərhədçilərlə yanaşı, Z.Abdullayevanı maşınla sərhəd məntəqəsinə aparmış N.Əliyev də var.

N.Əliyev ifadəsində taksi sürücüsü işlədiyini, Z.Abdullayevanı da sərnişin kimi apardığını deyib. Onun ifadəsinə görə, Z.Abdullayevanı Balakənə aparması üçün ona digər təqsirləndirilən İntiqam Süleymanov müraciət edib: "İntiqam dedi ki, dayım arvadını Balakənə aparmaq lazımdır, mən də aparmışam. Zeynəb xanımın hansı məqsədlə getdiyini bilməmişəm”.

Prosesdə məlum olub ki, Z.Abdullayevanın ölkədən çıxışına qadağa olmasına baxmayaraq, o, bir neçə dəfə xaricə gedib-qayıdıb.

İddia olunur ki, sərhədçilər rüşvət müqabilində Z.Abdullayevanın başqasının pasportu ilə ölkəni tərk etməsinə şərait yaratmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Almaniyada sığınacaq almış H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana təhvil verilib. İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan "Araz-İnşaat” ASC ilə bağlı araşdırma aprılıb, səhmdarlara yalan məlumat verilməklə, 1 milyon 374 min manatlıq gəlir mənimsənilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

H.Abdullayev özünü təqsirli bilmir və siyasi sifarişlə həbs olunduğunu deyir.

Загрузка...
Загрузка...

Xəbər lenti