Hüseyn Abdullayev: Belə şey olmayıb, həyatı boyu da olmayacaq

17 Aprel 2020, 11:00
17 Aprel
2020
11:00
464
Keçmiş deputatın anası: "Ərizəmi əfv xahişi kimi qələmə vermək, balamı qıcıqlandırmaq üçün imtina məktubunu da ona göndərmək nə deməkdir axı?”
Türkiyədə saxlanılaraq Azərbaycana verilən keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva oğlunun azadlığa buraxılması üçün Prezident İlham Əliyevə məktub göndərib. Onun məktubuna rədd cavabı gəlib.
Z.Abdullayeva bildirir ki, onun yazdığı məktuba cavabı oğluna göndəriblər:
"Cavabda da belə təqdim ediblər ki, guya mənim ərizəm oğlumun əfv xahişi olub, ona da rədd cavabı verilir, Belə olmayıb axı... Mən ərizəmdə yazmışam ki, oğlumun heç bir günahı yoxdur. Ona qarşı irəli sürülən ittihamlar sübutunu tapmadan 6 il iş kəsiblər. Oğlum günahsız olduğuna görə onun azadlığını istəyirəm. Yəni bu adamın günahı yoxdur, xahiş edirəm, azad edin. Bunu götürüb əfv ərizəsi kimi qələmə vermək, balamı qıcıqlandırmaq üçün imtina məktubunu da ona göndərmək nə deməkdir axı?”
70 yaşı olduğunu xatırladan Z.Abdullayevanın sözlərinə görə, H.Abdullayev Kürdəxanıdakı istintaq təcridxanasında saxladığı 23 ay ərzində onunla ailə üzvlərindən heç kimin görüşməsinə imkan verilməyib: "Gedib təcridxananın qarşısında saatlarla gözləyirdim, görüş vermirdilər. Mənim 70 yaşım var, uşağıma edilən haqsızlıqlara, əziyyətlərə dözə bilmirəm”.
Z.Abdullayeva vurğulayır ki, Prezidentə təxminən 15-20 gün əvvəl ünvanladığı məktubdan oğlunun xəbəri olmayıb.
"Mənim uşağımın bu dövlət üçün nələr elədiyini Allah bilir. Mənim uşağıma xəyanət elədilər. Kim elədi, orasını da Allaha həvalə edirəm. Onun haqqında çox yalanlar danışdılar”, - deyə Z.Abdullayeva əlavə edib.
Sabiq deputat özü də yaxınları vasitəsilə yaylan açıqlamasında bu məsələyə münasibət bildirib: "Bəzi qüvvələr belə fikir yaratmaq istəyirlər ki, guya Hüseyn Abdullayev əfv ərizəsi yazıb. Bildirirəm ki, bu cür fikirlər ucuz şayiələrdən başqa bir şey deyil, tamamilə ağ yalandır. Belə bir şey olmayıb, həyatım boyu da olmayacaq”.
Deputat olduğu dövrdə parlamentdə Fəzail Ağamalı ilə davaya görə həbs olunan H.Abdullayev 2012-cü ildə ölkəni tərk edib. Almaniyada siyasi sığınacaq alan keçmiş deputatın "Susma” mahnısı sosial şəbəkələrdə yayılandan sonra onun Azərbaycandakı yaxınlarına qarşı təzyiqlər başlanması haqda məlumatlar yayıldı.
H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə olarkən saxlanılıb və Azərbaycana təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Onun işindən Ali Məhkəməyə şikayət verilib.
H.Abdullayevlə eyni cinayət işi üzrə anası da cəzalandırılıb. Z.Abdullayeva haqqında ittiham hökmü çıxarılıb - 4 min manat cərimə cəzasına məhkum edilib..
Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir.
"Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Ceyhun Bayramov: "Xocavənddə 62 erməni diversant saxlanılıb"
-
Manşet, Cəmiyyət
Yerevanda etirazlar və “Paşinyan Azərbaycana Ermənistan ərazilərini verəcək!” narahatlığı
-
Manşet, Cəmiyyət
“Banlayan dırnaqarası iqtisadçılar, dilinizi qoyun qarnınıza”
-
Manşet, Cəmiyyət
Nəciməddin Sadıqovun yerinə onu gətirirlər?
-
Manşet, Cəmiyyət
Qazinin dili “P”ya dönmədi…
-
Manşet, Cəmiyyət
Əmlakı qəsb olunan Bakı sakini Bayraktara məktub yazdı - zərbə dronu istədi
-
Manşet, Cəmiyyət
Nazirlər Kabineti 190 manatla bağlı qərar qəbul etdi
-
Manşet, Cəmiyyət
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı - Sərəncam
-
Manşet, Cəmiyyət
Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatı