Hüquq müdafiəçisi “Gəncə işi” üzrə işgəncələrdə əli olan hüquq-mühafizə orqanları işçilərinin siyahısını təqdim edib

Hüquq müdafiəçisi “Gəncə işi” üzrə işgəncələrdə əli olan hüquq-mühafizə orqanları işçilərinin siyahısını təqdim edib
Загрузка...

Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin rəhbəri Oqtay Gülalıyev "Gəncə işi" üzrə ittiham olunanlara qarşı işgəncələrdə əli olan hüquq-mühafizə orqanları əməkdaşlarının siyahısını dərc edib.

Siyahı "Gəncə hadisələri 2018-ci il: terror, təxribat və ya ictimai etirazlar. Reallıqlar və uydurmalar" adlı hesabatda əksini tapıb. Sənəd iyulun 10-da ictimaiyyətə təqdim edib.

Araşdırma böyük olduğundan hüquq müdafiəçisi müttəhimlərə işgəncə verən, onlarla qeyri-insani rəftar edən polis və prokurorluq orqanları əməkdaşlarının adlarını ayrıca dərc etməyi qərara alıb.

Məlumat müttəhimlərin, onların ailə üzvlərinin və vəkillərinin bilgisi əsasında toplanıb.

Siyahıya 17 nəfər daxildir:

1. Orxan Babayev- Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi;

2. Ədalət Sadıqov- Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin keçmiş rəisi;

3.Samir Bayramov - Gəncə Baş Polis İdarəsinin post-patrul xidməti taborunun rəis müavini, polis baş leytenantı;

4. Şahin Musayev- Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin rəisi;

5. Vüqar Qarayev- Kəpəz Rayon Polis İdarəsinin rəis müavini;

6. Əfqan İsmayılov - Nizami rayonu cinayət- axtarış şöbəsinin (CAŞ) baş əməliyyat müvəkkili;

7. Şirxan Rüstəmov - Gəncə Şəhər Baş Polis İdarəsi müvəqqəti saxlama yerinin nəzarətçisi;

8. Ələsgər Tağıyev - Gəncə şəhəri Nizami RPİ İTB-nin sahə rəisi, polis mayoru;

9. Bəxtiyar Abbasov - Gəncə şəhəri Nizami RPİ-nin təminat hissəsinin kiçik inspektoru, polis baş serjantı;

10. Elşən Mehdiyev - Gəncə şəhəri Kəpəz RPİ CAŞ baş əməliyyat müvəkkili, polis baş leytenantı;

11. Nizami Əsgərov - Gəncə şəhəri Kəpəz RPİ İTB-nin polis sahə rəisi, polis mayoru;

12.Pərviz Məhərrəmov - Gəncə şəhəri Nizami RPİ CAŞ- əməliyyat müvəkkili, polis baş leytenantı;

13. Sənan Verdiyev - Gəncə şəhəri Nizami RPİ İTB-nin YYÇ-la profilaktik işin təşkili qrupu inspektoru, polis kapitanı;

14. Vüsal Qurbanov - Gəncə şəhəri Kəpəz RPİ CAŞ baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı;

15. İlqar Məhəmmədov - Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinin əməkdaşı;

16. Hüseyn Hüseynzadə - Gəncə şəhəri Kəpəz RPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı;

17. Tacəddin Məmmədov - Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerində nəzarətçi;

Bundan əlavə, hesabatda işgəncələrdə iştirak edən digər hüquq-mühafizə orqanları əməkdaşlarının adları açıqlanır ki, onları müttəhimlər yadda saxlayıblar. Lakin hüquq müdafiəçisi onların vəzifəsini müəyyən edə bilməyib.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.

İyulun 10-da axşam DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsi 40 nəfərdən ibarət 5 qrupun barəsində hökm çıxarıb. Onlar 5 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər. İki qrupun işi üzrə proses davam edir. Bütün proseslər Bakının Sabunçu Rayon Məhkəməsində keçirilib.

Bundan əlavə, Lənkəran Ağır Cinayətlər Məhkəməsi 8 nəfərdən ibarət qrupu mühakimə edib. Onlar 12 ildən 14 ilədək cəza alıblar.

Həmin şəxslər başqa cinayətlərə görə mühakimə olunublar, lakin hüquq müdafiəçisinin qeyd etdiyi kimi, Gəncə hadisələrindən dərhal sonra həbs ediliblər.

Digər 16 nəfər, o cümlədən Gəncənin keçmiş icra başçısına atəş açmış Yunis Səfərov hələ də istintaq altındadır. 

Загрузка...
Загрузка...

Xəbər lenti