"Hörmətli Üzeyir Cəfərov siz ordu üçün nə etmisiniz? Vauçer toplamaqla?" - Polkovnikdən hərbi ekspertə cavab

Загрузка...
Bir neçə gün əvvəl ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə ölkə başçısı İlham Əliyevə videomüraciət edərək ordudakı nöqsanlarla bağlı müraciət edib. Hərbi ekspert Üzeyir Cəfərov isə ehtiyatda olan polkovniklərə qarşı çıxıb və onu ordudan oğurladığı pullarla oğlunun adını daşıyan şadlıq evi tikdirməkdə ittiham edib.
Q.Mənsimzadə feysbuk profilində hərbi ekspertə cavab verib:
Hörmətli "hərbi ekspert” Üzeyir Cəfərov! Öz feysbuk səhifənizdə mənim haqqımda əsassız yazılar paylaşaraq Müdafiə Nazirliyinə tərif yağdırırsınız. Heç olmasa siz danışmayın və öz keçmişinizə baxın. Əvvəla mən sizi "hərbi ekspert” kimi qəbul etmirəm.
İkincisi Hərbi Akademiyanı bitirməmiş, taktiki, əməliyyat və strateji səviyyələrdə biliklərə malik olmayan şəxsdən hərbi ekspert olmaz. Mən yaxşı başa düşürəm ki, oğlunuz hazırda zabit kimi xidmətdə olduğuna görə əlləri korrupsiyaya bulaşmış şəxsləri müdafiə etməyə məcbursunuz. Sizin tərbiyəvi işlər üzrə komandir müavini olmuş hərbi hissəsdə "Vauçer” maxinasiyası ilə tanınmağınızı hamı bilir. Bu faktla bağlı sizə qarşı açılmış cinayət işində, sizin təbiriniz ilə desək, Hərbi Prokurorluq sizi yaxşıca "tərlədərək" sərbəst buraxıb. Bu səbəbdən sizin havadarlıqlarınızdan aldığınız təlimata görə tanımadığınız zabitın xidmətinə kölgə salmağa və onun haqqında əsassız danışmağa haqqınız yoxdur. 
Mənim keçmişimi araşdırmaqdansa, öz keşmişinizə nəzər salın və şəxsi işinizdə yazılmış utanverici qeydləri oxuyun. Mən sizin kimi heç vaxt əqidəmi dəyişməmişəm. Bir zamanlar Müdafiə Nazirliyinin əleyhinə çoxlu yazılar yazırdınız. Sonradan "Vauçer” məsələsi ortaya çıxdıqdan sonra sizi susdurdular və başladınız tərifləməyə. Çünki onlardan hazırda asılı vəziyyətdəsiniz. Sizdən fəqli olaraq mən başqa əqidənin sahibiyəm və sizin ekspert ağlınız mənim səviyyəm üçün deyil. İndi isə sizin paylaşdığınız əsassız yazılarınıza faktlarla münasibət bildirirəm:
1. Siz öz yazınızda qeyd edirsiniz ki, guya mən döyüş bölgəsində 7 gün xidmət etmişəm. Mən döyüş sərhəd bölgəsində Qazax istiqamətində müavini və sonradan komandiri olduğum hərbi hissədə üst-üstə 5 il Naxşıvan korpusunda, 2 ilə yaxın Bərdə istiqamətində döyüş briqadasında, 2 il Beyləqan korpusunda 3 il. Sonuncu Ağdam istiqamətində olduğum hərbi hissədə 4 ay (və oradan ehtiyata buraxıldım) xidmət etmişəm. Ümumilikdə 12 il. Niyə yalandan yazıb mənə böhtan atırsınız. Siz bəs Üzeyir Cəfərov cəbhə bölgəsində nə qədər xidmət etmisiniz? Cavab verin. 

Polkovnik Qəhrəman Mənsimzadə 
2. Sizdən fərqli olaraq mən heç zaman xidmətimdə səhv buraxmamışam və hansısa qüsurlara görə vəzifələrdən uzaqlaşdırılmamışam. Ancaq siz isə uzaqladırılmısınız. Heç olmasa bu barədə keçmişi təmiz olan zabit danışsa idi, bəlkəm kimlərsə inanardı. Ancaq siz danışmayın və özünüzü güldürməyin. 2011-ci ildə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 81-ci maddəsinin "d” bəndinə əsasən mən öz arzumla (raport yazaraq) cəbhə bölgəsində yerləşən hərbi hissəyə göndərilmişəm və layiqincə də xidmət etmişəm. Sonradan isə yuxarı qərargahın xahişi ilə vəzifəyə təyin edilmişəm.
3. Necə ola bilər ki, mən xidmətimdə dəfələrlə qüsurlar buraxa-buraxa "Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə təltif olunmuşam və Polkovnik rütbəsinə kimi gəlib çıxmışam. Əgər mən səriştəsiz və pis zabit olsaydım məni Türkiyədə Əməliyyat-Strateji kurlara oxumağa kim göndərərdi? Ora isə ancaq savadlı, nizam-intizamlı, hərbi akademiyanı bitirmiş və seçilmiş zabitlər göndərilir. Siz isə Üzeyir Cəfərov tərbiyəvi işlər üzrə komandir müavini olmuş hərbi hissəsdə törətdiyiniz çirkin əmələ görə Cinayət Məcəlləsinə cəlb edilmisiniz və özünüzü "dürüst insan” kimi qələmə veririsiniz.
4. Qeyd edirsiniz ki, bir neçə yüksək rütbəli ehtiyatda olan zabitlər ölkə başçısına, Ali Baş Komandana mətbuat vasitəsiylə müraciətlər ünvanlayıblar və əlində olan dəlil və ya sübutları əvvəlcə lazımı, etibar etdiyi orqanlara təqdim edərdi. Siz yəqin mənim çıxışıma diqqətlə qulaq asmamısınız. Mənim əlimdə yetərincə sübutlar var və sizin kimi boş-boş danışmıram. Sizin dediyiniz kimi bütün prosedurlara riayət etmişəm və hələm xidmətdə ola-ola şikayət məktublarımı 4 ay öncə Ölkə başçısına, Baş prokurora, hərbi prokurora və Müdafiə Nazirliyinə göndərmişəm, eyni zamanda aidiyyatı instansiyalara da məlumat vermişəm. Lakin heç bir nəticə olmadı və məni məcbur etdilər mətbuata çıxım. 

Üzeyir Cəfərov 
5. Qeyd edirsiniz ki, mən Ordu üçün nə etmişəm? Mənim kifayət qədər xidmətlərim var. Ən azından bir çox metodiki və dərs vəsaitlərinin müəllifiyəm. Hərbi elmi dərcəm var. Hörmətli Üzeyir Cəfərov yazın görək siz bu ordu üçün nə etmisiniz? Vauçer toplamaqla? Uzun müddətdir ki, ordudan ayrılmısnız və hazırda ordudakı vəziyyəti məndən yaxşı bilə bilməzsiniz. Bir də mənim haqqımda bilmədiklərinizi və ağlınıza gələni yazsanız, sizi Məhkəməyə verməklə bərabər, eyni zamanda "Vauçer” məsələsini də şahid olan zabitlərin iştirakı ilə tam açıqlayacam. Onda hamı sizin kim olduğunu yaxşı tanıyacaq. Bu yazınızdan sonra özünüzü ifşa etdiniz. Məsləhət görürəm öz işinizlə məşğul olasınız və mənim sizə baş qoşmağa vaxtım yoxdur. 
Polkovnikin videomüraciətdən bir neçə gün keçsə də Müdafiə Nazirliyi şərh verməyib. Nazirliyin mətbuat xidməti ilə əlaqə yaratmaq mümkün deyil. Hərbi Prokurorluq da susur. 
Загрузка...
Загрузка...

Xəbər lenti