Hollandiyadan deport edilən azərbaycanlı fəal Avropa Məhkəməsinə müraciət edəcək

Hollandiyadan deport edilən azərbaycanlı fəal Avropa Məhkəməsinə müraciət edəcək
Загрузка...
 Natiq İsbatov: "Səbəbsiz olaraq Azərbaycandan çıxışıma qadağa qoyublar”
Hollandiyadan Azərbaycana deport edilən fəal Natiq İsbatov məhkəməyə şikayət edəcək. Meydan TV-ə danışan Natiq İsbatov bildirib ki, ona məlum olmayan səbəblərdən Azərbaycandan çıxışına qadağa qoyulub.
"Avqustun 17-də Gürcüstana şəxsi iş üçün gedərkən Daxili İşlər Nazirliyinin çıxışıma qadağa qoyduğunu söylədilər. Haqqımda cinayət işi olmadığı halda ölkədən çıxışıma niyə qadağa qoyduqlarını anlamıram. Artıq vəkilim Daxili İşlər Nazirliyinə və Respublika Prokurorluğuna sorğu göndərib”.
Natiq İsbatov bildirib ki, saxlanılması və ölkədən çıxışına qoyulan qadağa ilə bağlı məhkəməyə müraciət edəcək və ədalətli qərar almadıqda, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Natiq İsbatov hazırda özünün və ailəsinin heç bir yerdə qeydiyyatda olmadığını deyib: "İşsizəm, belə vəziyyətdə ailəmi necə dolandıracağım haqqında düşünürəm”.
Natiq İsbatov 2017-ci ilin yanvarında Hollandiyaya mühacirət edib. 2019-cu il iyulun 9-da onu həmin ölkədən deport ediblər. Azərbaycana gəldikdən 3 gün sonra onu yaşadığı binanın yaxınlığında saxlayıblar. Natiq İsbatov iyulun 12-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə polisə müqavimət (İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi) ittihyamıyla 30 sutka həbs edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti