"Hökumət Avropa Məhkəməsinin qərarını icra etməkdən yayınır"

Загрузка...
ReAL partiyasının Məclis başqanı Azər Qasımlının ölkədən çıxışına qoyulmuş qadağa hələ də götürülməyib. Criminal.az xəbər verir ki, Məclis başqanı buna görə Avropa Şurasının Nazirlər Kimitəsinə şikayət edəcəyini deyir:
"3 il əvvəl ölkədən çıxışıma qadağa qoyulanda Baş Prokurorluğun Ağır Cinayətlər Üzrə İstintaq İdarəsinə qadağanın hüquqi səbəbini öyrənmək üçün məktub yazdım. Cavab gəldi ki, cinayət işi var və onunla bağlı məlumat veriləcək. 3 il sonra Avropa Məhkəməsinin qərarından sonra bir daha sorğu göndərdim. Yenə eyni cavabı aldım. Məhkəmə qərarı 13 martda qüvvəyə mindikdən (çünki hökumət qərardan şikayət vermədi) sonra bir daha məktub göndərdim ki, cinayət işinin mahiyyəti barəsində mənə məlumat verilsin.
Bu gün 3 il əvvəl olduğu kimi eyni məzmunda cavab məktubu aldım. Bir sözlə hökumət Avropa Məhkəməsinin qərarını icra etməkdən yayınır və cinayət işi barəsində də məlumat vermək istəmir. Bu həftə məsələ ilə bağlı Avropa Şurasının Nazirlər Komitəsinə şikayət göndərəcəyəm".

Загрузка...
Загрузка...

Xəbər lenti