Hikmət Hacızadə vəfat etdi

Hikmət Hacızadə vəfat etdi
 Azərbaycan Xalq Hərəkatı liderlərindən biri Hikmət Hacızadə 66 yaşında vəfat edib. Criminal.az-ın verdiyi xəbərə görə, bu barədə yaxınları məlumat verib. H.Hacızadə təxminən 10 gün əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, H.Hacızadə 1993-cü ildən Müsavat Partiyasının üzvü olub. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabı 1995-ci ildə nəşr edilib. "İnsan Haqları - bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir. Xatırladaq ki, Hikmət Hacızadə Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.

Xəbər lenti