Hikmət Hacıyev: Ermənistan çalışır ki, üçüncü tərəfləri münaqişəyə cəlb etsin

Hikmət Hacıyev: Ermənistan çalışır ki, üçüncü tərəfləri münaqişəyə cəlb etsin
Gecəboyu atışma davam edib
Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub. Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ermənistan mətbuatı da cəbhədə vəziyyətin gərgin olduğunu yazır.
"Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir. Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir”.
"Azrtac”ın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev deyib:
"Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur. 

Xəbər lenti