Hikmət Hacıyev: “Erməni diasporu faktiki olaraq terrorizmi maliyyələşdirir”

Hikmət Hacıyev: “Erməni diasporu faktiki olaraq terrorizmi maliyyələşdirir”
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, erməni diasporu qeyri-hökumət təşkilatlarının vasitəsilə vəsait toplayır və Azərbaycanın işğal olunmuş ərazilərində döyüşən erməni ordusunu maliyyələşdirir. Bunu ermənilərin sosial şəbəkələrdəki yazışmaları sübut edir. Artıq ilk dəfə deyil ki, erməni diasporu QHT-lər və xeyriyyə təşkilatları adı altında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə dəstək vermək, silah almaq və müharibəni davam etdirmək üçün vəsait toplayır.
Vəsaitlər Qarabağda separatçıların hesablarına köçürülür ki, bu da faktiki olaraq terrorizmin maliyyələşdirilməsidir. "Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 1999-cu il Beynəlxalq Konvensiyasına və BMT TŞ - nin 1373 (2001-ci il), 2178 (2014-cü il), 2195 (2014-cü il) və 2347 (2017-ci il) saylı qətnamələrinə uyğun olaraq qeyri-kommersiya təşkilatlarının yuxarıda göstərilən istiqamətlərdə fəaliyyəti terrorizmin maliyyələşdirilməsi kimi qiymətləndirilir”, - H.Hacıyev qeyd edib.
Azərbaycan BMT üzvü olan ölkələri bizim ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorunun maliyyələşdirilməsi üçün öz ərazilərindən istifadənin qarşısını almağa çağırır, Hikmət Hacıyev vurğulayıb.

Xəbər lenti