"Heydər Əliyev o vaxt baş prokuroru və onun iki müavinini vəzifələrindən azad etdi, eyni addımı İlham Əliyev də atmalıdır"

Загрузка...
"Baş prokurorun və onun müavinlərinin hərəkətlərinin bir adı var - Cinayət. Sadəcə barələrində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığı üçün bunu deyə bilmirsən. Mərhum Prezident Heydər Əliyevin 2000-ci ilin aprelində prokurorluqla bağlı dedikləri yəqin ki, prokurorluğun indiki rəhbərliyinin yadında olar. O vaxt Prezident baş prokuroru və onun iki müavinini vəzifələrindən azad etdi. Əminəm ki, hüquq-mühafizə sistemində həqiqətən islahat istəyirsə bu gün eyni addımı Prezident İlham Əliyev də atmalıdır. Prokurorluğun üfunətdən təmizlənməsinin, ordakı ab-havanın dəyişdirilməsinin vaxtı çoxdan çatıb". Criminal.az xəbər verir ki, bu fikirləri tanınmış vəkil Adil İsmayılov "facebook" statusunda yazıb.  

Vəkil daha sonra yazır: "Hacı Məmmədovun işi ilə bağlı "Təşkilatin nüfuzu rəhbərinin nüfuzundan çox asılıdır" başlıqlı yazıda 2005-ci ilin mart ayının 25-də bu iş üzrə istintaqın Baş prokurorun qərarı ilə MTN-in istintaq idarəsinə həvalə edilməsindən yazmışdım. Qeyd etmişdim ki, bu prokurorluğun nüfuzuna ağır zərbə idi, baş prokuror qanunları ayaq altına atdı, sonrakı dövrlərdə isə tapdamağa başladı. Cinayət Prosessual Məcəllədə istintaq aidiyyəti deyilən anlayış ona görə var ki, Azərbaycanda bu gün prokurorluq, DİN, DTX, DGK, DSX, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyində istintaq aparatı fəaliyyət göstərir. Əslində bunun özü anormaldır. Əksər postsovert dövlətlərdə artıq çoxdan vahid istintaq orqanı yaradılıb.
Konkret olaraq hansı istintaq orqanının məhz Cinayət Məcəlləsinin hansı maddələrində nəzərdə tutulan cinayətlər üzrə istintaq aparacağı CPM-in 215-ci maddəsində dəqiq müəyyən edilib. Belə demək mümkündürsə bu maddəyə əsasən istintaq orqanlarının şahı prokurorluqdur. Prokurorluq istənilən maddə ilə başlanılmış cinayət işi üzrə istintaq aparmağa haqlıdır. İstintaq aidiyyətinin dəyişdirilməsinə yalnız Baş prokurorun qərarı ilə yol verilir. CPM-in 215.9-cu maddəsinə əsasən "Bu Məcəllənin tələblərinə uyğun olaraq başlanmış cinayət işi üzrə istintaq aparan orqanın səlahiyyətinə aid olmayan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin əlamətləri sonradan aşkar edildikdə, toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda cinayət təqibinin səmərəliliyini və istintaq müddətlərinə riayət olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı ilə istintaqın davam etdirilməsi həmin orqana həvalə edilə bilər”.
CPM-in 215.6.1-ci maddəsinə əsasən" prokurorluğa və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına aid olan cinayət işi üzrə — prokurorun və ya prokurorluğun müstəntiqinin rəhbərliyi ilə birgə istintaq qrupu yaradılır”". 

Vəkil yazır ki, qanuna görə bütün hallarda Hacı Məmmədovun işi üzrə istintaq prokurorluqda aparılmalı idi. Lakin belə olmadı, MTN işi öz icraatına götürdü və Eldar Əhmədov başda olmaqla prokurorluğun bütün müstəntiqlərini sözün tam mənasında qovdu. İstintaqın MTN-ə həvalə ediilməsi barədə prokurorun qərarı açıq-aşkar qanunsuz idi. Baş Prokurorun bu addımı MTN-dən qorxduğu üçün atmışdı, həmin qorxu bu günə kimi də keçməyib. Onu başa düşmək olardı. Gözükölgəli və qanun qarşısında başı aşağı olan baş prokuror MTN-nin bütün istəklərini yerinə yetirməli idi.
Sonrakı dövrlərdə məlum oldu ki, baş prokuror təkcə MTN-dən yox digər nazirlik, komitə və xidmətlərdən də qorxur. Barəsində yazacağım bir neçə işin timsalında bunu görəcəksiniz. Hacı Məmmədovun işindən sonra kim hansı cinayət işi üzrə istintaq aparmaq ustəyirdisə, baş prokuror bunu öz qanunsuz qərarı ilə rəsmiləşdirirdi. Belə işlərdən biri üzrə vəkil kimi mərhum dostum və mənim üçün ən dəyərli vəkillərdən biri olan Elton Quliyev iştirak edib. Elton xəstələnəndən sonra onun xahişi ilə həmin işi mən davam etdirmişəm. Bu iş üzrə yazacaqlarımı Eltonun əziz xatirəsinə həsr edirəm. Davamı olacaq...
Criminal.az bildirir ki, A.İsmayılovun son günlər Zakir Qaralov və Rüstəm Usubov haqda bir yazılarına Baş Prokurorluq tərəfindən heç bir münasibət bildirilməyib.   
• Eldar Mahmudovun ABŞ səfirinə dedikləri: "Elmar Hüseynov həmin nazirdən 2 milyon dollar tələb edib və elə buna görə öldürülüb”
• Elmar Hüseynovu MTN-in gözü qarşısında güllələyiblər? - HACI MƏMMƏDOVLA FƏRHAD ƏLİYEVİN ÜZLƏŞMƏSİ
• General Nəsirovdan MTN-də Ramil Usubova qarşı ifadə almaq istəyiblər: "Ya ifadə ver canını qurtar, ya da..."
• Usubovun MTN-də verdiyi ifadə: "Rövşən Əliyev "Qarabulaq"da Lyudmila ilə mübahisə etmiş, hansısa şəxsi görərkən gizlənmiş..."
Загрузка...
Загрузка...

Xəbər lenti