Almaniyada tutulan rektor azadlıqda...

Almaniyada tutulan rektor azadlıqda...
Загрузка...

Almaniyada saxlanılan Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev sərbəst buraxılıb. Criminal.az xəbər verir ki, bu barədə APA-ya R. Əliyev özü məlumat verib. 

Onun sözlərinə görə, İnterpolun müraciəti əsasında alman polisi onu saxlayaraq ifadəsini alıb: “Bir neçə saat polisdə ifadə verdim. Onlar gördülər ki, mən cinayətkar deyiləm və sonunda sərbəst buraxdılar”. 

Xatırladaq ki, "Azereurotimes.wordpress.com" saytının təsiscisi R.Əliyev bu gün Trierdə İnterpol tərəfindən saxlanılmışdı. R.Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru işləyib və 2015-ci il mayın 5-dən İnterpolda axtarışda idi. O, universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə universitetin rəhbərliyi tərəfindən məhkəməyə verilib. Riyad Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Elə buna görə də Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarına əsasən, Riyad Əliyev hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti