Həyat yoldaşının intim görüntülərini yayan Maqsud Mahmudov Ukraynada saxlanıldı Həyat yoldaşının intim görüntülərini yayan Maqsud Mahmudov Ukraynada saxlanıldı

Həyat yoldaşının intim görüntülərini yayan Maqsud Mahmudov Ukraynada saxlanıldı
Загрузка...
Azərbaycanda barəsində beynəlxalq axtarış verilən iş adamı kimi tanınan Maqsud Mahmudov Ukraynada saxlanılıb. Bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin rəsmi saytı məlumat yayıb. Rəsmi məlumatda bildirilir ki, adıçəkilən şəxs ötən ilin noyabrından etibarən paytaxt Kiyevdə gizlənib. 51 yaşlı Mahmudov paytaxtda yalnız taksi xidmətindən istifadə edib və tez-tez telefon nömrələrini dəyişib. 

O, burada siyasi mühacir statusu almağa cəhd göstərib. Maqsud Mahmudov Qolosoyeevski rayon ərazisində saxlanılıb. Bir neçə saat sonra isə M.Mahmudov sosial şəbəkədə canlı yayına qoşularaq sərbəst buraxıldığını bildirib. 
Qeyd edək ki, Maqsud Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb. Bir müddət əvvəl onun qızılları ölkədən götürüb qaçması, zərərçəkənlərin polisə şikayət etməsi ilə bağlı dövrü mətbuatda xəbərlər də dərc olunmuşdu. M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub. 
Xatırladaq ki, ölkəni tərk edən müddətədək M.Mahmudov prezident İlham Əliyevə olan rəğbəti ilə tanınırdı. Hətta müxalifətin mitinqlərinə çıxaraq ''Yaşadın İlham Əliyev!'' şuarları səsləndirərək aksiyanı pozmağa, iştirakçılarda qəzəb formalaşdırmağa cəhd edirdi. Daha sonra Criminal.az onun əslində kim olduğunu, nəyə görə məhkum olunduğunu araşdırdı və məlum oldu ki, bir neçə il əvvəl M.Mahmudov qaynından qisas almaq üçün öz xanımının intim görüntülərini məhkəmə binasına yapışdırıb. Bundan başqa onun psixopat olması ilə bağlı ekspert rəyi var.  Məhz bu yazılardan sonra M.Mahmudov ölkəni tərk edərək xaricə qaçdı, oradan dövlət başçısına və yüksək vəzifəli məmurlara qarşı təhqirlər yağdırmağa başladı.

Xəbər lenti