Həyat yoldaşını 12 metrdən aşağı atdı Həyat yoldaşını 12 metrdən aşağı atdı

Həyat yoldaşını 12 metrdən aşağı atdı
Загрузка...

Türkiyənin paytaxtı Ankarada avtobus terminalında dəhşətli hadisə baş verib.

"Qafqazinfo” "Posta”ya istinadən xəbər verir ki, 30 yaşlı Cem adlı şəxs mübahisə etdiyi həyat yoldaşını qucağına alaraq 12 metr yüksəklikdən aşağı atıb.

Ağır xəsarət alan qadın ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Cem isə polis idarəsinə gedərək təslim olub.

O, ilkin ifadəsində bildirib ki, həyat yoldaşı İstanbula qardaşının yanına getmək istəyib. Lakin Cem buna qarşı çıxdığı üçün evdə mübahisə düşüb və qadın evdən çıxaraq avtobus terminalına gedib.

Mübahisə terminalda da davam edib və qəsdən adam öldürməyə təşəbbüslə nəticələnib.

Загрузка...
Загрузка...

Xəbər lenti