"Həyat yoldaşım iflicdir, ağrıdan yata bilmir, nazirlik dəlixanaya göndərir"

Загрузка...
"Artıq 4 ildir həyat yoldaşım ağır yataq xəstəsidir, danışa bilmir, iflicdir, ağrıdan gecə-gündüz yata bilmir, qışqırır. Deyirlər ki, əlillik dərəcəsi verilməsi üçün 6 ay dəlixanada yatmalıdır. Axı onun köməyə ehtiyacı var...”. Cəbrayıl rayonundan məcburi köçkün olan Mahizər Mustafayeva ailəsinin acı durumunu belə təsvir edir.
Deyir ki, 20 ildir ki, ailə qurub, 3 azyaşlı uşağı var. Böyük oğlum hərbi xidmətdədir. Əvvəllərl sürücü işləyən həyat yoldaşı Əsgər Əhmədov 2015-ci ilin 20 iyun tarixində gecə yatarkən təzyiqi kəskin qalxıb və beyin insultu keçirib. Bir neçə dəfə Sabunçu rayon 3 saylı xəstəxanasında müalicə olunub. Xəstəlik diaqnozu baş–beyin sol yarımkürəsində işemik infarktdır.

M.Mustafayevanın sözlərinə görə, son dəfə 2018-ci ilin axırında 3 saylı Sabunçu Xəstəxanasında da müalicə alan zaman bildirdilər ki, xəstəyə ən bahalı uynə-dərman tətbiq edilib. Bundan artıq müalicə mümkünsüzdür və əhəmiyyəti yoxdur, xəstə hər an ölə bilər. Vəziyyəti son dərəcə ağır olan xəstəyə əlillik dərəcəsi verilməsi üçün Səhiyyə Nazirliyinə müraciət etsə də, 088 N-li TQS forması yazıb Tibbi Sosial Ekspert komissiyasına 2018-ci ilin axırında göndəriş verdilər. TSEK xəstəni yoxladıqdan sonra 30 yanvar 2019-cu ildə sonuncu müayinəyə dair məlumatında bildirir ki, əlillik dərəcəsi verilməsinə imtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. İxtisaslaşmış stasionar müayinə və müalicə təyin olunur. Kənar şəxsin qulluğuna ehtiyacı var.
TSEK-dən bildirdilər ki, xəstəni aparın Maştağada yerləşən ruhi-əsəb xəstəxanasında 6 ay müalicə edilsin, sonra ona əlillik dərəcəsi verilə bilər: "Biz də naələc qalıb iflic olmuş 4 ilin xəstəsini xərəldə Maştağaya apardıq. Burada bizə dedilər ki. xəstəniz dəlilərin arasında tək qalmalıdır və 6 ay müalicə almalıdır. Biz vəziyyətlə yerində tanış olduqda buradakı ağır vəziyyətdə olan ruhi xəstələrin arasında qıçı-qolu işləməyən, danışmayan, kəskin ağrılardan əziyyət çəkən xəstəmizin halına acıdıq. Bildik ki, ölüm ayağında olan xəstəmiz burada dəlilərin içində köməksiz vəziyyətdə neçə gün yaşaya bilər. Müalicədən imtina edib xəstəni evimizə gətirdik. Amma onun vəziyyəti günü-gündən pisləşir. Ailənin də iqtisadi duryumu çox aşağıdır. Məcburi köçkün kimi 5 nəfərlik ailəmizə dövlətin veridyi qəpik-quruş "çörək pulu”ndan başqa gəlir yerimiz yoxdur. İki uşaq məktəblidir.Mən də ağır xəstəyə baxıram, işləyə bilmirəm”.
M.Mustafayeva qeyd edir ki, Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin TSEK komisiyası da sağalmaz xəstə olan, beyin infarktı keçirmiş, sağalmaz iflic xəstəsi olan həyat yoldaşına yenə 6 ay müalicə yazıb: "Guya sağalacaqmış. Çox təəssüflər olsun ki, TSEK-ə yığılışmış həkim adını daşıyan insan toplusu bilməlidir ki, ölümcül xəstənin sağalmaq şansı 0-ra bərabərdir”.
Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Criminal.az saytına bildirdi ki, məsələni araşdıracaq. 





Загрузка...
Загрузка...

Xəbər lenti