Hərbi təyyarəni raketlə vurublar - ekspertdən SENSASİON İDDİA

16 Sentyabr 2019, 12:41
16 Sentyabr
2019
12:41
6527
Ərəstun Oruclu Zakir Həsənovun müsahibəsindəki uyğunsuzluqları sadalayıb...





Amerika Birləşmiş Ştatlarında yaşayan sabiq təhlükəsizlik zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu öz bloqunda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı 2-ci sensasion yazısını yazıb. Criminal.az Ə.Oruclunun "Azərbaycanın hərbi təyyarəsi vuruldu yoxsa qəzaya uğradı?" adlı yazısını olduğu kimi təqdim edir.
Ə.Oruclu yazır: Bu ilin iyulunda ordumuzun MİQ-29 təyyarəsinin Xəzərə düşməsilə bağlı bir daha yazmayacaqdım. Ona görə yox ki, məsələ tam aydınlaşdırılıb və bütün suallar cavablandırılıb. Xeyr, sadəcə ona görə ki, nə qədər və nə yazsan da, buna əhəmiyyət verən yoxdur. Azərbaycanda hakimiyyət yoxdur, bu gün onu əvəz edən isə 2-3 qrupdur və onlar da öz aralarında ölkənin olan-qalan sərvətini bölüşdürməklə məşğuldular.

Ərəstun Oruclu
I YAZI
• Rəşad Atakişiyev sağ qalsaydı həbs oluna bilərdi... - HƏRBİ PROKURORLUQ CİNAYƏT İŞİ BAŞLAYIB
• Rəşad Atakişiyev sağ qalsaydı həbs oluna bilərdi... - HƏRBİ PROKURORLUQ CİNAYƏT İŞİ BAŞLAYIB
Dövlət maraqları, milli təhlükəsizlik məsələləri isə bu qrupların heç birini maraqlandırmır. Bu da təbiidir, çünki bütün bu qruplar xarici dövlətlərin maraqlarına xidmət edir, çünki tutduqları yüksək postları və bu postların sayəsində taladıqları sərvəti xarici himayədarlarının əlilə əldə ediblər və həm də bunun nəticəsi olaraq, onlardan tam asılıdılar.
Amma Müdafiə naziri Zakir Həsənovun 15 sentyabr tarixdə "Mir Şahinin vaxtı"na verdiyi müsahibəsindəki savadsız və yalanlarla dolu müsahibəsi məni mövzuya yenidən qayıtmağa vadar etdi.

Əslində Zakir Həsənovdan bundan artığını gözləmirdim də. Ona görə gözləmirdim ki, onun tərcümeyi-halını, nazir postuna hansı dövlətə xidmət edənlərin vasitəsilə gətirildiyini və nazir kimi fəaliyyətini detallarına qədər dəqiqliklə bilirəm. Nazir olduğu ilk gündən şoumenlikdən uzağa gedə bilməyən və öz müavini olan Baş Qərərgah rəisi Nəcməddin Sadıkovdan faktiki asılı olan şəxsdən nəsə gözləməyə dəyməz də.
Beləliklə, qayıdaq Zakir Həsənovun bədnam müsahibəsinə. Bu başdan qeyd edim ki, nazir ya bilərəkdən (yüksək ehtimalla), ya da səriştəsizliyi üzündən ordunun vəziyyəti, ordudakı mənəvi atmosfer və Silahlı Qüvvələrə ictimai nəzarət haqda ucdantutma ağ yalanlar danışır. Zakir Həsənov bəyan edir ki, Rəşad Atakişiyev çox yüksək səviyyəli pilot idi (buna ilk gündən heç kimin şübhəsi olmayıb) və idarə etdiyi MİQ-29 təyyarəsi suya düşənədək saz vəziyyətdə olub.

Sual olunur ki, o zaman yüksək peşəkar pilotun idarə etdiyi saz vəziyyətdə olan təyyarə suya niyə düşməli idi? Əlbəttə, Zakir Həsənov yenə iddia edəcək ki, çünki təyyarə quş sürüsü ilə toqquşub və müsahibədə elə bunu da edir. Bunun ağ yalan olduğunu isə həm MİQ-29 təyyarəsinin qəza statistikası göstərir, həm də təyyarənin istehsalçısı olan Rusiyanın sınaq uçuşları keçirən mütəxəssisləri (o cümlədən də pilotlar).
Bir daha deyirəm, MİQ-29 təyyarəsinin pilot kabinasının örtüyü (həm də açılıb-örtülən şüşə örtüyü) güllə keçirməyən xüsusi materiallardan hazırlanır və quş sürüsü onu heç bir halda sındıra bilməzdi. Bundan əvvəlki yazımda da qeyd eləmişdim ki, 2008-ci ildə eyni məkanda qəzaya uğrayan eyni tip təyyarə (MİQ-29) sudan bütöv olaraq çıxarılmışdı və onun videosunu da paylaşmışdım.
Videonu bir daha diqqətinizə təqdim edirəm:
Rəşad Atakişiyevin idarə etdiyi təyyarə isə sudan çoxsaylı fraqmentlər şəklində çıxarıldı və onun qaynatası Qabil Hüseynlinin də dediyi kimi, təyyarənin gövdəsinin alt hissəsi çıxarılmamışdı. Niyə? Əlbəttə ki, yüksək ehtimalla, təyyarəyə atılan raket onun məhz həmin hissəsindən dəydiyi üçün. Buna hüquq praktikasında "cinayətin əşyayi-dəlilini məhv etmək" deyilir. Müsahibədə Zakir Həsənov yalanlarını davam etdirərək, israr edir ki, "qara qutu" oxunub və orda pilotun səsinin niyə olmadığını sual edənlərə bildirir ki, "qara qutuda" pilotun danışıqları qeyd olunmur. Düz deyir, amma həm də yalan deyir, çünki təyyarələrdə pilotun danışıqlarını qeydə alan "registrator" adlı cihaz olur və orda pilotun həm dispençerlərlə, həm də həmin anda uçuş həyata keçirən digər pilotlarla olan bütün danışıqları əks olunur.
MİQ-29 isə həmin təlim uçuşunda iştirak edən 3 təyyarədən biri olub və təbii ki, belə uçuşlar zamanı pilotlar hərbi-taktiki məsələləri öz arasında müzakirə edirlər. Deməli, səs qeydləri digər 2 təyyarənin də "registratorunda" qalmalı idi. Bu da bir yana, pilotun dispetçerlə danışıqları həm də uçuşun idarə olunduğu məkandakı dispetçer xidmətində də səs yazısı şəklində qeydə alınır.

Deməli, ən azı 4 yerdə bu səs yazısı olmalı idi və sual olunur ki, pilot təyyarə qəzaya uğramazdan və ya vurulmazdan əvvəl dispençerlə, pilot yoldaşları ilə nə danışıb, onlara nə məlumat verib ki, Müdafiə Nazirliyinin rəhbərliyi həmin məlumatı xalqdan gizlədir.
Nəhayət, Zakir Həsənov deyir: "İkinci məqam: əgər təyyarə ilə toqquşma olsaydı, bu, "qara qutuda" öz əksini tapacaqdı. Bütün Azərbaycanda olan digər qurumların radarları və bizim radarların məlumatları üst-üstə düşdü". Deyək ki, Zakir Həsənov düz deyir və o zaman sual meydana çıxır ki, təyyarənin düşdüyü yeri müəyyən etmək üçün niyə 3 həftədən çox vaxt lazım oldu? Axı radar və üstəlik də bütün radarlar həmin nöqtəni dəqiqliyilə göstərməli idi. Amma bu, olmadı və hamımızın bildiyimiz kimi, təkcə MİQ-29 təyyarəsinin yerini müəyyən etməyə 3 həftəyədək vaxt sərf olundu.

Müdafiə Nazirliyi, onun rəhbəri Zakir Həsənov danışdıqca batırlar, odur ki, cənab nazirə bir tövsiyyəm var: Zakir Həsənov, susun, siz susanda daha ciddi görünürsünüz! Qalanlarını isə zaman və yaxın gələcəkdə təyin olunacaq istintaqlar müəyyən edəcək. Həm də təkcə bu, təyyarə məsələsini yox, ordudakı təyyarələrin, tankların və digər ağır silahların neçə faizinin və niyə işlək vəziyyətdə olmamasını da.
Gedin həmişə getdiyiniz hərbi hissəyə, fotolar çəkdirib yayın və ya Nəcməddin Sadıkovla Bakı Qarnizonunda xidmət edən xanımları toplayıb "baxış" keçirin! Nəyə və kimə baxış? Ehtiyacınız varsa, detalları ilə xatırlada bilərəm. Bir də dillənin və məmnuniyyətlə xatırladacağam...
Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Video, Dosye
Üç il əvvəlin cinayət dosyesi - Səfir oğlunun adı keçən müəmmalı ölüm
-
Manşet, Video, Dosye
Hərbi təyyarəni raketlə vurublar - ekspertdən SENSASİON İDDİA
-
Manşet, Video, Dosye
"Mən Kəmaləddin Heydərovun killeri olmalı idim..."- Hərbi polisin keçmiş mayoru 24 il saxladığı sirri açdı
-
Manşet, Video, Dosye
Güc nazirlərini aldatmaq istəyən deputatın şok məktubu - DOSYE