Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı

Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı
Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb. Bu barədə Criminal.az-a Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcəkdir.

Xəbər lenti